Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

26.05.2021 [09:12]

Nardar Bayramlı

Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Hazırda dövlətimiz və xalqımız işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə köklənib.
Bütün bunların fonunda “beşinci kolon”un təmsilçiləri yenə də sosial şəbəkələrdə absurd iddialar irəli sürməklə süni gündəm yaratmağa çalışırlar. Antimilli şuranın fəallarından olan Gültəkin Hacıbəyli ənənəsinə uyğun olaraq, sosial şəbəkələrdə şəhidlərimizin canı-qanı hesabına, ordumuzun şücaəti sayəsində qazanılan parlaq Zəfərin dəyərini kiçiltməyə çalışır. Ermənilərin özləri 10 noyabr razılaşmasını Ermənistan üçün kapitulyasiya hesab etdikləri halda, G.Hacıbəyli bunun əksini iddia edir. Belə ki, o, özünün “facebook” səhifəsində 10 noyabr Bəyanatını növbəti dəfə hədəfə alıb.
Görünən odur ki, Gültəkin Hacıbəyli kimilər ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edirlər. Əks halda, ordusu darmadağın olmuş, bu gün acınacaqlı vəziyyətə düşmüş Ermənistana göstərilən bu canıyananlıq hardan qaynaqlanır? O, bütün imkanları ilə ermənilərin məğlub olmadıqlarını sübut etməyə çalışır. Belə olan halda, 44 gün ərzində Azərbaycan Ordusunun döyüşlə böyük əraziləri azad etməsinə, sonra Ermənistanın üç rayonumuzu Azərbaycana qaytarmağa məcbur olmasına niyə toxunulmur? Əslində, 10 noyabr razılaşmasında məsələlər göstərilir və proseslər mərhələli şəkildə həyata keçirilir. Bu proses isə tamamilə ölkəmizin xeyrinədir. Ermənistanda bu məsələ ilə bağlı mövcud olan mənəvi-psixoloji və siyasi gərginlik də bunu təsdiqləyir.
Gültəkin Hacıbəylinin iddiasına görə, guya bu razılaşma Azərbaycanın maraqlarına uyğun deyil, sənədin imzalanmasından 7 ay ötsə də bizim xeyrimizə heç nə yoxdur, Zəngəzur dəhlizi də sual altındadır və s. Amma reallıq budur ki, möhtəşəm tarixi qələbə nəticəsində ölkəmiz regionda yeni reallıqlar yaradıb. Qeyd etdiyimiz kimi, bu gün işğaldan azad edilmiş bölgələrimizdə quruculuq işləri sürətlə davam edir. Artıq “Ağıllı kənd” layihəsinə start verilib. Doğma yurdlarına qayıdacaq insanların həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi addımlar atılır. Xüsusilə, 10 noyabr birgə Bəyanatına əsasən, kommunikasiyaların bərpa edilməsi Azərbaycanın maraqlarına tam uyğundur. O cümlədən Zəngəzur dəhlizinin açılması nəinki ölkəmizin, hətta bütün Türk dünyasının strateji mənafeyinə cavab verir. Yəni bütün məsələlər mərhələlərlə həyata keçiriləcək.
Göründüyü kimi, müharibənin başa çatmasından sonra atılan bütün addımlar Azərbaycanın maraqlarına tam adekvatdır. Eyni zamanda, bu addımlar regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Bütün bunların fonunda radikalların israrla möhtəşəm qələbəmizə kölgə salmaq cəhdləri və milli maraqlara zidd mövqe sərgiləmələri qəbuledilməzdir.

Paylaş:
Baxılıb: 490 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

Vətən müharibəsində qazanılan...

30.04.2021 [08:08]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31