Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır

Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır

18.05.2021 [09:12]

Nardar Bayramlı

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Artıq bu istiqamətdə müvafiq işlər başlayıb və quruculuq işləri sürətlə davam edir. Görülən işlər barədə müvafiq dövlət qurumları ictimaiyyətə mütəmadi olaraq məlumat verir, həmçinin kütləvi informasiya vasitələri həmin ərazilərdən reportajlar hazırlayaraq əyani şəkildə təqdim edirlər.
Bütün bunların fonunda təəssüf ki, radikal müxalifət, “beşinci kolon”un nümayəndələri “ənənə”lərinə sadiq qalaraq yenə də bu məsələyə öz cılız məntiqləri ilə yanaşır, görülən işləri görməzdən gəlir, yaxud da hər şeyi qara rəngdə görürlər. Elə AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki əsassız iddiaları da radikal düşərgənin bu mərəzini bir daha ortaya çıxarır. Belə ki, Ə.Kərimli utanmadan işğaldan azad edilmiş ərazilərimizdəki quruculuq işlərini də hədəfə alır. O, indi də özünün “facebook” səhifəsində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsini tənqid edir, əsassız iddialar səsləndirir. Əslində isə AXCP sədri öz iddiasının ağ yalan olduğunu yaxşı bilir. Çünki azad edilmiş ərazilərdə bütün yaşayış məntəqələri üzrə bu layihənin reallaşdırılması nəzərdə tutulur. Ə.Kərimlinin bu cür ikrah doğuran mövqeyi yalnız ermənilərin və onların havadarlarının xoşuna gələ bilər.
Hökumətin işğaldan azad olunan ərazilərdə gördüyü işlərə gəlincə, hazırda minalardan təmizləmə prosesi gedir və artıq bununla paralel olaraq bir sıra infrastruktur layihələrinə start verilib, yeni nəqliyyat layihələrinin təməli atılıb və s. Bəlli olduğu kimi, bu yaxınlarda “Ağıllı kənd” layihəsi də gerçəkləşməyə başlayıb. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində dövlətimiizn başçısı tərəfindən layihənin təməli qoyulub. Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanır və burada əhalinin yüksək həyat şəraiti ilə təmin olunması üçün bütün addımlar atılır. Bu ərazilərdə bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar.
Dövlətin mövqeyi bundan ibarətdir ki, maksimum qısa müddət ərzində mərhələli yollarla insanlarımız o bölgələrə qaytarılacaq. Bunun üçün vəsait də var. Amma ərazinin və əhalinin miqyası nəzərə alınsa, bu müəyyən qədər zaman tələb edir. Eyni zamanda xüsusi olaraq vurğulayaq ki, dövlətimiz həmin ərazilərdə də vətəndaşlar üçün ən müasir, yüksəksəviyyəli infrastruktur, yaşayış məntəqələri yaratmağı nəzərdə tutur və belə də olacaq. Bir sözlə, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələrinin icrası, həmçinin məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıtması üçün dövlətin iradəsi ortadadır və bu istiqamətdə silsilə tədbirlər görülür. Bunu həm dünya, həm də xalqımız görür və dəyərləndirir.
Lakin öz “ənənə”lərinə sadiq qalan radikallar, xüsusilə Ə.Kərimli indi də işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə qısqanclıqla yanaşırlar. Bütün hallarda, cəmiyyətimiz onların xislətinə yaxşı bələddir və radikalların proseslərə yanaşmada sərgilədikləri “məntiq” sabun köpüyündən başqa bir şey deyil. AXCP sədri bu cür mövqeyi ilə xaricdəki havadarlarının xoşuna gəlmək istəsə də, xalqımızın gözündə zərrə qədər də imici yoxdur.

Paylaş:
Baxılıb: 469 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

Vətən müharibəsində qazanılan...

30.04.2021 [08:08]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31