Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “El” hərəkatı Müsavat Partiyasına qarşı koalisiya yaradır

“El” hərəkatı Müsavat Partiyasına qarşı koalisiya yaradır

24.12.2013 [08:47]

Mübariz Abdullayev

Bu isə ondan xəbər verir ki, radikal düşərgədə mənafe savaşı yeni müstəviyə keçib
Radikal müxalifət düşərgəsində partiyalar və siyasi qruplar arasında mütəmadi qaydada müşahidə edilən ziddiyyətlər sırasında Müsavat Partiyası ilə “El” hərəkatının təmsilçilərinin qarşılıqlı ittihamları da diqqəti xüsusi çəkir. Bu iki qurumun üzvləri sözdə “müttəfiq” olduqlarını, eyni düşərgəni paylaşdıqlarını bildirsələr də, əməldə daim bir-birilərinin qarşısına kötük itələyirlər.
Siyasi müşahidəçilər Müsavat Partiyası ilə “El” hərəkatı arasında getdikcə dərinləşən qarşıdurmanın ambisiyalardan qaynaqlandığı qənaətini dilə gətirirlər. Belə ki, özünü radikal düşərgənin əsas güc mərkəzi sayan “Müsavat” “El”ə “yedək partiyalar”dan biri kimi münasibət bəsləyir. “Müsavat”çılar bu fikirdədirlər ki, “El” kimi “cırtdan” siyasi qrupların təmsilçiləri ilə özləri arasında heç bir halda bərabərlik işarəsi qoymaq olmaz. “Müsavat”ın radikal düşərgədə haqqı hamıdan çoxdur, buna görə də, partiyaya adekvat münasibət sərgilənməlidir. Lakin “El”in nümayəndələri “Müsavat”çıların bu kimi iddialarını qətiyyətlə rədd edirlər. “El” funksionerlərinin səslənmələrindən bəlli olur ki, onlar “Müsavat”çıların iddialarının qarşılığında özlərini heç bir halda “sözəbaxan uşaq” kimi aparmaq istəmirlər, hətta məqam düşsə, “böyük qardaşa” badalaq gəlməkdən belə çəkinməzlər.
Azərbaycan cəmiyyəti başda reneqat Eldar Namazov olmaqla “El” təmsilçilərinin bu xislətini hələ qondarma qurum yeni bəyan edilərkən gördü. Karyerasını daim reneqatlıq üzərində quran Eldar Namazov bəyan etdiyi “El”in sıralarına elektorat cəlb etmək üçün ilk növbədə, “Müsavat”ın düşərgəsinə qarmaq atdı. Onun başına yığdığı dəstə partiyanın yerli şöbələrində “iş apararaq” pul və digər şirnikləndirici vasitələrlə bir neçə “Müsavat”çını “El”in sıralarına çəkməyə müvəffəq oldu. Bundan duyuq düşən “Müsavat” ən sərt addımlar ataraq rüsvayçı olayın qarşısını almağa və “El”ə “öz həddini” göstərməyə müvəffəq oldu. Bundan sonra “El” hərəkatının “təşkilatlanma” işi tamam dayandı və qondarma qurumun seçkilərə Eldar Namazovun namizədliyi ilə qatılacağı barədə söhbətlərə birdəfəlik son qoyuldu.
Sonrakı mərhələdə “Müsavat”-“El” qarşıdurması qondarma “Milli şura” müstəvisinə keçdi. Başlanğıcda qondarma qurumun sədri və birinci qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyovla yaxınlığından sui-istifadə edən Eldar Namazov “Müsavat”ın başqanı İsa Qəmbərə qarşı açıq-aşkar ədavət nümayiş etdirirdi. Bundan başqa, “El”in funksionerlərini bir qayda olaraq “Milli şura” daxilində “Müsavat”a qarşı gözdənsalma kampaniyası aparan AXCP-nin yanında görmək olar. Eldar Namazov, onun “sağ əli” sayılan Eldəniz Quliyev və digərləri “Müsavat”ın bostanını daşlamağa xüsusi həvəsli görünürlər. Hazırda isə “Milli şura”da Eldar Namazovun özü və onun “El”dəki çiyindaşları, necə deyərlər, oyundankənar vəziyyətdə qalıblar. Belə ki, qüvvələr nisbəti dəyişdikdən sonra AXCP ilə birlikdə “Milli şura”ya rəhbərliyi ələ keçirən “Müsavat”ın təkidləri sayəsində Eldar Namazov qondarma qurumun icra aparatının rəhbəri statusundan uzaqlaşdırılıb və əslində siyasi proseslərdən təcrid edilib.
Oktyabrın 9-da keçirilən prezident seçkilərindən sonra isə “Milli şura” daxilində gedən proseslərdə Müsavat Partiyası ilə “El” hərəkatı açıq qarşıdurmaya rəvac veriblər. Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun qondarma qurumda qalması və yaxud getməsi məsələsi “Müsavat”la “El” arasında bir növ “Qordi düyünü”nə çevrilib. “Müsavat”çılar “El”in “Milli şura”dakı sonuncu dayağını aradan götürməkdə israrlıdırlar. Onlar qoca kinodramaturqun ikili vətəndaşlıq daşıdığını əsas tutaraq başqa ölkənin vətəndaşının qurumun fəxri sədri statusunu daşımasını qəbuledilməz sayırlar və bildirirlər ki, partiyanın “Milli şura”da təmsilçiliyinə yenidən baxa bilərlər. “El”in funksionerləri isə Rüstəm İbrahimbəyovun vaxtilə “əziz-xələf uşaq” münasibəti bəslədiyi Eldar Namazova etdiyi yaxşılıqların əvəzini indi qoca kinodramaturqu “Müsavat”ın basqılarından qorumaqla qaytarmaq istəyirlər. “El”in ali məclis sədri Eldəniz Quliyev “Müsavat”çıların qoca kinodramaturqa qarşı sərt təpkilər sərgiləmələrini “bu cür yanaşma heç vaxt xeyir gətirməz” ifadəsi ilə dəyərləndirərək onları “qırt toyuq siyasəti yürütmək”də qınayıb.
“Müsavat” Partiyasının divanının bu günlərdə keçirilən son toplantısında radikal düşərgənin digər təmsilçiləri ilə görüşlər keçirib əməkdaşlıq imkanlarını və perspektivlərini dəyərləndirməklə bağlı çıxarılan qərara da ən sərt təpkilər “El”dən gəlir. “Nə üçün “Müsavat” belə görüşləri “Milli şura”dan kənarda keçirmək istəyir?” - deyə “El” təmsilçiləri sual edirlər. Qurumun ali məclis sədri Eldəniz Quliyev çiyindaşlarının mövqeyini ifadə edərək belə deyib: “Düşünürəm, insan ünsiyyətindən qiymətli bir şey yoxdur. Müsavat Partiyası siyasi qüvvələri dostlara və tanışlara bölmək istəyir”.
Aydın görünür ki, “El”in təmsilçiləri “Müsavat”ın radikal düşərgədəki partiyalarla və siyasi qruplarla görüşlər keçirməyə cəhdlər göstərməsində hansısa özəl məqsədlər güddüyünün fərqindədirlər. Buna görə də, qurum üzvləri “Müsavat”ın mümkün həmlələrindən sığortalanmaq üçün önləyici tədbirlər görməyi qərarlaşdırıblar. Bu yaxınlarda “El”in funksionerləri REAL hərəkatının təmsilçiləri ilə görüş keçiriblər. Görüşün məramı və detalları mətbuatdan gizli saxlanılsa da, “El”in “Müsavat”a qarşı koalisiya formalaşdırmaq cəhdləri ortadadır. Siyasi müşahidəçilər bu qənaətdədirlər ki, indiyədək “Müsavat”a qarşı təkbaşına vuruşan “El” bundan sonra köhnə rəqibinə qarşı kollektiv cəbhə açmaq niyyətindədir...

Paylaş:
Baxılıb: 1146 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30