Ana səhifə »  Müsahibə »  Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
A+   Yenilə  A-
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadə www.yap.org.az saytına müsahibə verib:
- Əliabbas müəllim, məlum olduğu kimi, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür. Bu gün Azərbaycan dünyada sabitlik məkanı kimi qəbul olunur. Təbii ki, belə bir cəmiyyətdə yalnız və yalnız inkişafdan söhbət gedə bilər. Bu inkişaf təkcə sosial-iqtisadi sahələrlə məhdudlaşmır, bütün sferaları əhatə edir.
Xüsusilə, ölkəmiz demokratiya yolunda inamla irəliləyir, siyasi plüralizm, söz azadlığı mövcuddur. Eləcə də Azərbaycanda demokratik təsisatlar bərqərar edilib, vətəndaş cəmiyyəti də oturuşmuş bir inkişaf səviyyəsindədir. Şübhəsiz ki, belə bir cəmiyyətdə azad, şəffaf və demokratik seçkilər üçün bütün imkanlar mövcuddur.
Ona görə də, hesab edirəm ki, ölkəmizdə seçkiqabağı mühit, insanların seçki əhval-ruhiyyəsi çox yüksəkdir. Bu mənada inamla qeyd edə bilərəm ki, fevralın 9-da Azərbaycanda azad və demokratik seçkilər keçiriləcək.
- Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edib və bunun nəticəsində də həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkün olub.
Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramları inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. İslahatlar təkcə iqtisadiyyatı deyil, o cümlədən sosial və hüquqi sahələri də əhatə edir. Eyni zamanda, aparılan kadr islahatları da cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edim ki, başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.
Bu gün Azərbaycan həmçinin dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib. Əlbəttə ki, bütün bu nailiyyətlər seçkilərdə partiyamızın şansını əhəmiyyətli dərəcədə artırır. Ona görə də qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əminəm.
- Parlament seçkilərində ilk dəfədir ki, iştirak edirsiniz. Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb...
- Mənə göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük etimaddır və göstərilən etimadı layiqincə doğrultmağa çalışacağam.
Yeni Azərbaycan Partiyası seçkilərə vahid seçki proqramı ilə gedir. Biz namizəd olaraq məhz Yeni Azərbaycan Partiyasını təmsil edirik. İnsanlar da bu seçkilərdə Yeni Azərbaycan Partiyasına səs verəcəklər. Çünki ötən illər ərzində YAP ümumxalq partiyasına çevrilməyi bacarıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır. Ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf prosesində partiyamızın özünəməxsus rolu var və partiyamızın üzvləri bu prosesdə fədakarlıqla iştirak edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Sabunçu rayonunda da əyani şəkildə özünü göstərir. Ötən illər ərzində Sabunçuda möhtəşəm quruculuq işləri həyata keçirilib və bütün bunlar ictimaiyyətin gözü qarşısında baş verib. Görülən işlər nəticəsində rayon xeylı abadlaşıb, onun siması əhəmiyyətli dərəcədə dəyişib və əhalinin rifah halı yüksəlib. Bu proses hazırda da davam etməkdədir.
Mənim də indiyə qədərki fəaliyyətim Sabunçu rayonu ilə bağlı olub. Əgər partiyamız mənə etimad göstərib deputatlığa namizədliyimi irəli sürübsə, bu etimadı layiqincə doğrultmaq mənim borcumdur.
- Əliabbas müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz?
- Seçkilər demokratiyanın atributlarından biridir. Hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs verməyə çağırıram.
Qeyd etdiyim kimi, Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Sabunçu rayonunun seçiciləri də bu inkişaf və quruculuq siyasətini öz həyatlarında hiss edirlər. Ona görə də uğurların davamlı olması üçün seçiciləri Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Və inanıram ki, belə də olacaq, seçicilər ümumxalq partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  25-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA