Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb

Rauf Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb

29.03.2017 [09:59]

Məlum olduğu kimi, martın 26-da Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçrilib. Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan parlamentinin dəvəti ilə 24-27 mart tarixlərində Bolqarıstanda səfərdə olub və seçkiləri müşahidə edib.
Səfər zamanı həmçinin Rauf Əliyev Bolqarıstanın Baş naziri Plamen Gercikovla görüşüb. Görüşdə Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitri Bratanov iştirak edib. Görüş zamanı Bolqarıstan-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət daşıdığı qeyd edilib.
Səfər zamanı R.Əliyev Bolqarıstanın gənclər və idman naziri Daniyela Daçova və Vasil Levskiy adına Milli İdman Akademiyasının rektoru, professor Penço Gerçovla da görüş keçirib. Görüşlərdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 304 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31