Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yeni kampaniyaya start veriblər

Gənclər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yeni kampaniyaya start veriblər

29.03.2017 [10:01]

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar planlaşdırılan onlayn fəaliyyətlərlə bağlı Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının, “İrəli” İctimai Birliyinin və digər gənclər təşkilatlarının əlaqələndirmə görüşü keçirilib.
Görüşdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tarixi Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər son iki əsrdə xalqımıza qarşı planlı şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər: “Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər yerlərdə minlərlə dinc azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib, xalqımıza məxsus tarixi abidələr məhv edilib”.
İntiqam Babayev bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb: “Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib. Eyni zamanda, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır”.
Sonda soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərin təşəbbüsünü yüksək qiymətləndirən İntiqam Babayev “gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır” deyib.
Sonra Gənclər Təşkilatları Milli Şurasının baş katibi Leyla İsrafilova “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər haqqında təqdimatla çıxış edib. Məlumat verilib ki, məqsəd Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və gənclərimizin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kampaniyasına sosial şəbəkələr vasitəsilə dəstək verməsi üçün onların imkanlarının səfərbər edilməsidir. Kampaniya çərçivəsində soyqırımı haqqında məlumatlar toplanaraq müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılacaq. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, Azərbaycan reallıqlarını əks etdirən paylaşımlar və məlumatlar yerləşdiriləcək.

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31