Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dördüncü planet…

Dördüncü planet…

02.02.2024 [11:34]

Marsda göl tapıldı

Yeganə BAYRAMOVA

Kosmosla bağlı aparılan tədqiqatlar arasında planetlərlə bağlı olan məlumatlar xüsusilə diqqəti cəlb edir. Müxtəlif zamanlarda yerdən kənarda yaşayış yerlərinin yaradılması ideyası gündəmə gətirilib. Bu məlumat həyəcanverici görünsə də, bir o qədər maraqlıdır. Haqqında danışacağımız Günəş sisteminin dördüncü planeti, Yer kürəsinin ən yaxın qonşusu Marsdır.

Marsın öyrənilmə tarixi Qədim Misir dövrünə gedib çıxır. İnsan bu planetin səthinə ayaq basmasa da, Mars haqqında bir çox məlumatlara malikik. Təbii ki, bu məlumatlar orbital teleskoplar və kosmik aparatlar sayəsində əldə edilib. Ən məşhur görüntülər ABŞ-ın “Spirit”, “Opportunity” və “Curiosity” aparatları vasitəsilə müşahidə edilib.

Romanın “müharibə allahı”…

Alimlər Marsın qırmızı rəngdə olmasının səbəbini aydınlaşdırıblar. Məsələ bundadır ki, Marsın bütün səthi qonur-qırmızı rəngli tozla örtülüb. Bəzən küləyin tozu sovurması nəticəsində qum fırtınaları qopur. 1971-ci ildə Marsda elə güclü qum fırtınaları tüğyan etmişdi ki, planetin səthi gözdən itmişdi.

Al qırmızı rənginə görə Marsa Romanın müharibə allahının adını veriblər. Marsın havası tənəffüs üçün tamamilə yararsızdır. Tərkibində çoxlu karbon qazı var, amma oksigen yoxdur. Qışda karbon qazı donaraq quru buza çevrilir. Günəş sisteminin ən böyük dağı Marsdadır. Olimp adlanan bu dağın hündürlüyü 26.000 metrə çatır.

Marsda həyat varmı?

İnsanlar əsrlər boyu bu suala cavab tapmağa çalışıblar. Lakin 51 il əvvəl  Marsın yaxınlığından ötüb keçən ilk kosmik zondun topladığı informasiyaya görə, bu planetdə həyatın olması ehtimalı azdır. Sonralar alimlər Marsın səthində müvəffəqiyyətlə işləyən kosmik aparatların köməyi ilə bu sirli planet haqqında daha çox məlumat əldə ediblər. Bir daha sübut olunub ki, Marsda həyat yoxdur.

Lakin astronomların fikrincə, milyon illər bundan əvvəl Marsda həyat olub. Onlar planetin səthini tədqiq edərək bu qənaətə gəliblər. Marsın səthində sönmüş vulkanların kraterləri, habelə çay, dəniz və okeanların qurumuş yataqları aydın görünür. Nə vaxtsa burada su olubsa, deməli, həyat da mövcud olub.

2040-cı ilə qədər…

Amerikalı araşdırmaçılara görə, ABŞ 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır. 21-ci əsrin ikinci yarısında Marsda minlərlə insanın yaşayacağı proqnozlaşdırılır. Planetdə yaradılcaq yeni şəhərin ilk sakinləri isə tədqiqatçılar, mühəndislər və robotlar olacaq. Bəs insanlar Ьarsda harada yaşayacaq?

Başqa planetdə yaşamaq qulağa inandırıcı gəlməsə də, çox yaxında gerçək olacaq. Artıq uzun illərdir ki, tədqiqatçılar süni intelektlə birlikdə bunun üzərində işləyir. NASA ilk kosmik gəmisini 2030-cu illərdə Ьarsa göndərəcəyini açıqlayıb. 2040-cı ilə qədər isə orada insanların yaşaması panlaşdırılır. Amma bundan əvvəl tədqiqatçılar astronavtlar üçün yaşayış məntəqələri hazırlamalıdırlar.

Amerikalı tədqiqatçıların sözlərinə görə, onlar artıq bir ildir ki, Avropa Kosmik Agentliyi tərəfindən maliyyələşdirilən layihə üzərində işləyirlər: “Bizim məqsədimiz 3D çap yaşayış mühitini inkişaf etdirmək istəyirik. Tikiləcək binalar da 3D çaplı olacaq. Yaşayış yerləri, restoranlar, anbar sahələri, kommunikasiya qovşaqları, idman zalları və tədqiqat mərkəzləri kimi vacib məkanlar hazırlanacaq”.

3,5 milyard il bundan qabaq …

Bu yaxınlarda Marsda “Jezero krateri” adlı hövzədə göl tapılıb. Bu barədə ABŞ Aeronavtika və Kosmik Agentliyindən (NASA) açıqlama verilib. Bildirilib ki, Mars orbitində və səthində araşdırma aparan “Perseverance” roveri Marsda bu gölün mövcudluğunu təsdiq edən məlumatlar toplayıb. 

NASA-nın internet saytında yer alan xəbərə görə, robot-roverin tapıntıları elm adamlarının Marsın bəzi hissələrinin bir zamanlar su ilə örtüldüyü və mikrobioloji həyatın ola biləcəyinə dair yanaşmalarını təsdiqləyir.

Qırmızı planetdəki 60-dan çox bölgəni diqqətlə araşdıran missiya komandasının və dünyanın dörd  yanından alimlərin tövsiyələri əsasında NASA 49 kilometr ölçüsündə olan və çox sayda deltaları olan “Jezero” kraterini “Perseverance”in eniş nöqtəsi kimi təyin edib. “Jezero” beş illik geniş araşdırmadan sonra seçilib.

Alimlər illərdir bölgənin uzaq keçmişdə su ilə dolu olduğunu və orada qədim çayın olduğunu bildirirlər. “Perseverance”ın məlumatları göstərir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları krater divarından aşaraq göl əmələ gətirib.

Alimlər bölgənin necə formalaşdığını və inkişaf etdiyini araşdıracaq, keçmiş həyatın izlərini aşkar etmək üçün Marsdan qaya və torpaq nümunələri toplayacaq.

Qeyd edək ki, “Jezero” kraterinin eni 45 kilometrdir və Mars ekvatorunun şimalında “İsidis Planitia” adlı yastı düzənliyin qərbində yerləşir.

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31