Yekaterinburq indikatoru
30.06.2025 [18:14]
Cari il iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələrin siyasi rənglərini “silmək” və ya onları gizlətmək artıq mümkünsüzdür. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı müvafiq bəyanatı sözügedən şəhərdə baş vermiş hadisələrin dövlətimiz üçün əhəmiyyətini müəyyən edən “siyasi ştamp” rolunu rahatlıqla oynaya bilər. Bəyanatda Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. Bəyanatda öz əksini tapmış növbəti fikirlər isə rəsmi Bakının prinsipial mövqeyini və siyasi iradəni açıq şəkildə nümayiş etdirir: "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik". Diqqət yetirin, Azərbaycan sözügedən hadisələrin baş verməsi ilə bağlı, sadəcə, izahatların verilməsini yox, məhz günahkarların məsuliyyətə cəlb olunması və onların cəzalandırılmasını tələb edir. Budur güclü Azərbaycanın yanaşması, bütün digər təfərrüatlar isə sözügedən yanaşmanı tamamlayan amillərdir.
Bu fikirlər politoloq Asif Adilin “Yekaterinburq indikatoru” sərlövhəli məqaləsində yer alıb.
Dünyada və regionumuzda cərəyan edən prosesləri nəzərə alaraq, Yekaterinburq hadisələri bir çox məsələlərə aydınlıq gətirən şərti “siyasi indikator” kimi təhlil olunmalıdır. Burada emosional yanaşma və ya sadəcə populizm ilə məhdudlaşma yolverilməzdir. Odur ki, bəzi məqamlara qısaca olaraq toxunaraq şərti “Yekaterinburq indikatoru”nun bəzi vacib göstəricilərini müəyyən etməyə çalışaq.
Göstərici №1: kontekstdən asılı olmayaraq beynəlxalq münasibətlər məsələsində Azərbaycan dövləti üçün mütləq prioritet məhz milli maraqlardır və onların aliliyidir.
Göstərici №2: rəsmi Bakı istənilən məsələ ilə bağlı öz siyasi iradəsini nümayiş etdirməyə çəkinmədən hazırdır. Qalib Azərbaycan ilə ultimatum dilində və ya siyasi saymamazlıq ilə münasibətlərin qurulması mümkünsüzdür.
Göstərici №3: rəsmi Bakının siyasi ritorikası Azərbaycanın regionda və ümumilikdə beynəlxalq münasibətlər sistemində siyasi statusunun mahiyyətini müəyyən edir.
Göstərici №4: sosial şəbəkələrə diqqət yetirən zaman hər kəs ona şahidlik edə bilər ki, yaşanmış hadisələrlə bağlı Azərbaycan cəmiyyətinin reaksiyası özünü çox gözlətmədi. Hadisələrlə bağlı ictimai narazılıq və narahatçılıq kütləvi xarakter daşıyır. Sözügedən amil Azərbaycan cəmiyyətinin böyük səfərbərlik potensialından xəbər verir. Burada xüsusi olaraq o da əlavə olunmalıdır ki, münaqişələrlə zəngin olan müasir dövrdə cəmiyyətimizin sosial-siyasi keyfiyyətinin müstəsna əhəmiyyəti vardır.
Göstərici №5: mətbuatdan onu da bilirik ki, Yekaterinburqda yaşanmış hadisələr ilə bağlı ölkənin əksər siyasi partiya sədrləri Azərbaycan dövlətinin rəsmi mövqeyini dəstəkləyən yanaşmanı nümayiş etdiriblər. Sözügedən amil isə artıq ölkəmizdə yaşanan siyasi həmrəyliyin göstəricisidir. Əlbəttə ki, həmrəylik mühiti fəal şəkildə təşviq olunan siyasi dialoqun praktiki nəticəsidir. Beləliklə, iqtidar-müxalifət dialoqu bununla məhz milli maraqların toxunulmazlığına xidmət etmiş olur.
Göstərici №6: rəsmi Bakının və Azərbaycan cəmiyyətinin sözügedən hadisələr ilə bağlı bu cür vahid mövqe göstərməsi təkcə Rusiyaya yönəlmiş siyasi mesaj deyil, bu cür mövqeyin nümayişi bizim regionumuzda geosiyasi maraqları olan bütün ölkələrə yönəlmiş açıq mesajdır. Bu mesajdan hər kəs öz “payını” almış olur. Digər sözlərlə, Azərbaycanın yanaşması və milli maraqları nəzərə alınmadan regionda heç bir geosiyasi ssenari reallaşdırıla bilməz. Bununla da biz növbəti dəfə ona şahidlik edirik ki, dövlətin siyasi davranışını müəyyən edən əsas amil məhz milli maraqlardır. Azərbaycan bütün tərəfləri öz milli maraqları ilə hesablaşmağa vadar edir.
Azərbaycan vətəndaşı bilməli olan siyasi həqiqətlər bunlardır, xalqımızın hər bir vətənpərvər övladı cəmiyyətimizdə yaşanan birliyin və həmrəyliyin qorunmasına öz praktiki töhfəsini verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

