Qərb mediasındakı ermənipərəst izlər...
23.07.2025 [12:21]
Azərbaycanı təzyiqlərlə yolundan döndərmək mümkün deyil
Yeni dövrün əsas “silahı” sayılan informasiya bu gün həm ictimai rəyin formalaşmasında, həm də idarə olunmasında əhəmiyyəti rola malikdir. Bu mənada, qlobal dünyada baş verən proseslərlə bağlı fikir yaratmaq üçün əsas vasitəyə çevrilən informasiya bəzi hallarda dürüstlük, doğruluq kimi meyarlardan uzaq qalır. Bu reallıq isə informasiya müstəvisində aparılan mübarizənin nə qədər amansız və məqsədyönlü olduğunu ortaya qoyur. Təəssüf ki, Qərbin aparıcı media qurumları bu prosesdə neytral informasiya mənbəyi kimi çıxış etmək əvəzinə, müəyyən siyasi mərkəzlərin alətinə çevriliblər. Bu xüsusda, Qərb mediasının Azərbaycana münasibətdə uzun illərdir sərgilədiyi ədalətsiz və qərəzli mövqe açıq şəkildə görünməkdədir.
Saxta hekayətlər, şayiələr...
Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib ki, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. “Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və şayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün diktə edən Avropanın siyasi spektrində olan bəzi qaydalarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbi qruplarıdır. Siz və biz bilirik ki, Qərbdə, o cümlədən Almaniyada bəzi media ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq”, - deyə ölkə başçısı bildirib.
Bəli, qeyd edildiyi kimi, Qərbin bir çox media platformalarında Ermənistanın maraqlarına xidmət edən, erməni lobbisinin sifarişi ilə yazıldığı açıq-aşkar hiss edilən yazılar tirajlanır. Bu orqanların bir çoxu birbaşa erməni lobbisinin təsir dairəsində fəaliyyət göstərir. Xüsusilə ABŞ-da və Fransada geniş maliyyə imkanlarına malik erməni diaspor təşkilatları və onlara bağlı senatorlar, jurnalistlər, QHT-lər Azərbaycanla bağlı neqativ təsəvvür yaratmağa çalışır. Burada əsas məqsəd Ermənistanın 30 il davam etmiş işğal siyasətinə haqq qazandırmaq, Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prinsipini gözdən salmaqdır. Bu media qurumları Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni təhrif etməklə yanaşı, Ermənistanın təcavüzkar siyasətini “haqlı narahatlıq” kimi təqdim edirlər. Təəssüfləndirici haldır ki, bir çox “demokartik Qərb dəyərlərini”, “azad mətbuat prinsiplərini” öz fəaliyyətlərində əks etdirdiyini iddia edən mətbu orqanlar da bu çirkin kampaniyanın tərkib hissəsinə çevrilir, ucuz maraqlar qarşılığında Azərbaycanın haqq-ədalət işinə, dövlətimizin regionda yaratdığı yeni reallıqlara, müəyyənləşdirdiyi siyasi kursa qarşı əsassız hücumlar təşkil edirlər.
Qlobal tədbirlər öncəsi hücumlar: Təsadüfmü, yoxsa planlı təxribat?
Bu mənada, ən çox diqqət çəkən məqam bu hücumların ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin təşkili, idman turnirlərinin keçirildiyi, eləcə də sivilizasiyalararası dialoqla bağlı tədbirlərin baş tutuduğu məqamlarda reallaşmasıdır. Başqa sözlə, Qərb mediasının Azərbaycana qarşı xüsusi hücum dalğaları adətən ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər ərəfəsində daha da güclənir. Bu, heç də təsadüfi deyil. Məsələn, istər 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində, istər Formula 1 yarışları öncəsi, istər “Avrovision” msiqi yarışması ərəfəsində, nəhayət COP29 tədbirindən qabaq bu hücumlar daha da intensivləşmişdi. Məhz belə məqamlarda Qərbin əsas media orqanları demək olar ki, hər gün Azərbaycana qarşı təzyiq xarakterli bir neçə məqalə dərc edirdilər. Burada məqsəd yalnız ölkənin uğurlarına kölgə salmaq, imicini zədələmək və beynəlxalq ictimai rəydə neqativ fikir formalaşdırmaq idi - eyni zamanda, erməni lobbisi bu yolla özünün çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. O dövrdə “The Guardian”, “The Independent”, “New York Times” və “Washington Post” kimi orqanlar insan hüquqları, media azadlığı, korrupsiya ittihamları adı altında ölkəyə qarşı qondarma “iddialarla” informasiya müharibəsi aparırdılar. Halbuki bu əsassız iddiaların reallıqla heç bir əlaqəsi yox idi və məqsəd sırf Azərbaycanın güclənən mövqeyini ləkələmək idi. Təsadüfi deyildi ki, ABŞ-ın prezidenti Donald Tramp də daima bu tip media qurumlarını “fake news” - “saxta xəbər” fabrikləri adlandıraraq onların ictimai rəyə yönəlik manipulyasiyasını açıq şəkildə tənqid edir. Dövlət başçısı bu məsələlərə toxunaraq bildirib ki, bunu böyük beynəlxalq tədbirlər ərəfəsində dəfələrlə görmüşəm: “Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçiriləndə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qarayaxma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi”.
Vaxt keçdikcə gücümüz də artır
Bu kimi qərəzli və məqsədli hücumlar Azərbaycanı öz milli maraqlarına uyğun siyasətindən döndərə bilməz. Ölkəmiz hər zaman müstəqil siyasi kursumuzu qoruyur, milli maraqlarımıza istinad edir. Azərbaycan bu gün də qlobal platformalarda aktiv şəkildə təmsil olunur, beynəlxalq tədbirlərə ev sahibliyi edir və regionda sülhün, təhlükəsizliyin təmin olunmasında vacib aktora çevrilib. Artıq ənənəyə çevrilmiş Qlobal Şuşa Media Forumu bunun ən bariz sübutudur. Qərb mediasının yalanlar üzərində qurduğu bu təzyiq maşını nə Azərbaycanın müstəqilliyini, nə də beynəlxalq nüfuzunu zədələyə bilər. Əksinə, bu hücumlar Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirir, informasiya suverenliyinin vacibliyini ortaya qoyur və müstəqil medianın inkişafına təkan verir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı deyib ki, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır: “Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq”.
Nəticə etibarilə, informasiya əsrində aparılan bu qeyri-bərabər mübarizədə əsas güc faktlara, ədalətə və gerçəkliyə əsaslanan mövqeyə malik olmaqdır. Azərbaycan da məhz bu mövqeyə sahibdir - və bu, ən böyük üstünlükdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40

