Yaxın Şərq: müharibəyə davam, yoxsa danışıqlar masasına qayıdış...
11.07.2026 [09:30]
Yaxın Şərqdə iyulun 7-dən yenidən alovlanan qarşıdurmanın atəşkəs rejiminə geri qaytarılması istiqamətində səylər intenvsivləşdirilib. ABŞ Prezidenti Donald Trampın Ankara Sammiti çərçivəsində “İranla danışıqlar bitdi” deməsinə baxmayaraq, məsələnin yenidən diplomatik müstəviyə qaytarılması istiqamətində fəaliyyət aparılır. “Axios”un məlumatına görə, regional vasitəçilər ABŞ ilə İran arasında artan gərginliyi azaltmağa çalışır və nüvə sazişi üzrə daha intensiv danışıqların aparılmasını təklif edir.
Yenidən danışıqlara doğru...
Nəşrin mənbələrinin məlumatına görə, regional hökumətlər iki ölkə arasında artan gərginliyi azaltmağa çalışır. Vasitəçi ölkələrdən birinin nümayəndəsi bildirib ki, Hörmüz boğazında İranın son hücumları Tehran rejimi daxilində ABŞ ilə İran arasında anlaşma memorandumuna qarşı olan və onu pozmağa çalışan elementlər tərəfindən həyata keçirilib. Mənbələr Qətər, Pakistan, Misir və Səudiyyə Ərəbistanından olan rəsmilərin gərginliyi azaltmaq üçün ABŞ və İran rəsmiləri ilə çoxsaylı telefon danışıqları apardıqlarını bildiriblər. Vasitəçilikdə iştirak edən regional mənbə bildirib: “Hər iki tərəflə gərginliyin azaldılması barədə razılığa gəlmək və sonra texniki qruplar arasında danışıqların növbəti mərhələsi üçün tarix təyin etmək üçün geniş diplomatik səylər göstərilir”.
CNN telekanalı da Pakistan və Qətərin İran və ABŞ nümayəndələrini yenidən danışıqlar masasına qaytarmağa çalışdığını bəyan edib. Məlumata görə, İslamabad və Doha İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqlarda əsas vasitəçilərdən olublar. CNN hələlik Qətər və Pakistanın tərəfləri yenidən dialoqa cəlb etmək üçün atdığı addımlar barədə ətraflı məlumat verməyib.
Həm döyüşür, həm də məsləhətləşirlər...
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də İranı ikitərəfli razılaşmaları pozmaqda ittiham edərək Tehranla atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib. Kanal bildirib ki, ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri davam etdirir. Məlumata görə, ABŞ qüvvələri əlavə hərbi əməliyyatlar keçirməyə hazır vəziyyətdədir. Bununla belə, Vaşinqton hazırda diplomatik səylərə üstünlük verir. Mənbələr vəziyyətin sürətlə dəyişdiyini və yeni zərbələrin istisna olunmadığını bildiriblər. Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadla Vaşinqton və Tehran arasında texniki məsləhətləşmələrin davam etdiyini xəbər vermişdi. Bildirilirdi ki, ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələr davam edir. Mənbənin sözlərinə görə, Vaşinqton Tehranla həll yolu tapmağa sadiqdir və bu istiqamətdə texniki danışıqlar davam etdirilir. Agentliyin məlumatına əsasən, tərəflər arasında əvvəlki təmaslar zamanı gələcək müzakirələr üçün zəmin yaradılıb. Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran görüşlərindən sonra tərəflərin konstruktiv mühitdə fikir mübadiləsi apardığı bildirilib.
Trampa növbəti sui-qəsd?
Bu arada “The Wall Street Journal” (WSJ) qəzeti İsrail kəşfiyyatının İranın Trampa sui-qəsd planı hazırladığını göstərən məlumatlardan xəbər tutub. WSJ-nin məlumatına görə, İsrail ABŞ-a Tehranın Trampa sui-qəsd planı hazırladığını göstərən kəşfiyyat məlumatları təqdim edib. Nəşr qeyd edib ki, iki gün əvvəl Tramp jurnalistlərə sui-qəsdə məruz qala biləcəyini deyibmiş - O, “Mən İranın sui-qəsd siyahısında birinciyəm” deyə qeyd edib. “The New York Times” qəzetinin məlumatına görə, ertəsi gün Tramp NATO-nun Ankaradakı sammitindən Qətərin ötən il ona verdiyi və tədbirə uçduğu təyyarə əvəzinə, köhnə Air Force One (Air Force One) təyyarəsi ilə yola düşüb. Məqalədə deyilir ki, Amerika lideri bu qərarı Məxfi Xidmətin məsləhəti ilə verib. Xatırladaq ki, mart ayında Tramp İran hakimiyyətinin ona iki dəfə sui-qəsd cəhdi etdiyini bildirmişdi. O zaman iddia edilən sui-qəsd cəhdləri ABŞ və İsrailin İrana zərbə endirmək qərarı və ali dini lider Seyid Əli Xameneinin sui-qəsdi ilə əlaqələndirilmişdi. Tehran isə ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırmaq ittihamlarını təkzib etmişdi.
Gərginliyin əsas səbəbi...
İran ilə ABŞ arasında sülh danışıqları gedən zaman birdən-birə qarşılıqlı bombardmanın başlama səbəbləri ilə bağlı araşdırmalar aparılır. “The Wall Street Journal” qəzeti ABŞ və İran arasında yeni müharibənin yenidən necə alovlandığını açıqlayıb. Qeyd olunub ki, ABŞ və İran arasında yeni bir gərginliyə səbəb sülh memorandumundakı bir bəndin qeyri-müəyyən ifadəsi olub. Söhbət Hörmüz boğazının açılması şərtlərindən gedir. Belə ki, iyunun ortalarında ABŞ və İran arasında imzalanan anlaşma memorandumunda Hörmüz boğazının açılması nəzərdə tutulurdu, lakin bunun əvəzinə bəndlərindən birinin qeyri-müəyyən ifadəsi səbəbindən gərginliyə səbəb olub. Nəşrin qeyd etdiyi kimi, tərəflər müqavilənin 5-ci bəndini fərqli şərh edirlər. Maddədə İranın “gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün hər cür səy göstərəcəyi” və su yolunun gələcək idarəçiliyini müəyyən etmək üçün Omanla dialoq aparacağı bildirilir. WSJ qeyd edir ki, mətndə Tehranın minalar da daxil olmaqla hərbi maneələri aradan qaldırmaq və yol haqlarına qoyulan qadağa da yer alır. Bildirilir ki, Tramp administrasiyasının rəsmiləri bu bəndi boğazın açılmasının açarı kimi görürdülər, lakin İran hakimiyyəti bundan “İslam Respublikasına su yolu üzərində müstəsna nəzarət verən maksimalist şərh” üçün istifadə edib.
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf da “X”-dəki məqaləsində 5-ci bənddən bəhs edərək bildirib ki, “Hörmüz boğazı yalnız İran razılaşmaları ilə açılacaq, Amerika təhdidləri ilə deyil”. Eyni zamanda, WSJ ABŞ və Fars körfəzindəki ərəb müttəfiqlərinin Tehranın Hörmüz boğazına nəzarət etməsini istəmədiyini vurğulayır.
Tramp ilə Netanyahu telefonla danışdı...
Bu arada İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı Körfəz bölgəsindəki vəziyyət müzakirə olunub. “The Times of Israel” qəzetinin İsrail Baş nazirinin ofisinə istinadən yaydığı məlumatda bildirilib ki, Tramp Netanyahuya ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Danışıq zamanı Netanyahu qonşu ölkələrdə İsrailin “bufer zonalarının” saxlanılmasının vacibliyini vurğulayıb. Hazırda belə zonaların Livan və Suriyada mövcud olduğu bildirilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

