Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

25.08.2026 [14:16]

Fransanın Od departamentinin Poma kommunasında baş verən güclü fırtına nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb. 100-ə yaxın yaşayış binasına ziyan dəyib, zərərçəkənlər üçün müvəqqəti yerləşmə mərkəzləri yaradılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yerli vaxtla saat 21:00-a olan məlumata görə, ərazidə 115-dən çox xilasedici çalışıb. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış qruplar və kinoloji bölmə də əməliyyata cəlb edilib. Jandarmlar tərəfindən isə gecə boyu təhlükəsizlik təmin olunacaq. 

Fırtına Fransanın hava nəqliyyatında da ciddi fasilələrə səbəb olub. Nəqliyyat naziri Filip Tabaronun bildirdiyinə görə, fırtına Paris, Bordo, Tuluz, Marsel və Nitsa hava limanlarının işinə təsir göstərib. 

Nazir uçuşlarda gecikmə və ləğvlərin davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ölkənin bəzi departamentlərində narıncı hava xəbərdarlığı elan olunub.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31