“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək
25.08.2026 [16:39]
Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
APA xəbər verir ki, Fərmana əsasən “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Müəyyən edilib ki:
- “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
- Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir;
- Cəmiyyət “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin (bundan sonra – İdarə) hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətə keçir;
-İdarənin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir;
- Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
- Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir;
- Cəmiyyətin nizamnamə kapitalı bu Fərmanın 2.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;
- Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək İdarə fəaliyyətini davam etdirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin idarəetmə orqanlarının yaradılması;
- Cəmiyyətin Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
Müşahidə Şurasına:
- bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti:
aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- bu Fərman nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
- Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi;
aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
- Cəmiyyətin nizamnaməsini;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən nəzarət olunan ərazinin hüdudlarını və həmin ərazidə yerləşən obyektlərin siyahısını;
bu Fərmana uyğun olaraq, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etsin;
-Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində İdarənin balansında olan əmlakın (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

