Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

26.08.2026 [20:34]

Türkiyənin Antalya vilayətində yerləşən Side antik şəhərində təxminən 390 metr uzunluğunda “B” küçəsində aparılan arxeoloji qazıntılar başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Nazir tapıntının, xüsusi tarixi əhəmiyyət daşıdığını qeyd edərək, Türkiyədə aparılan “Gələcəyə miras” layihəsi çərçivəsində Side antik şəhərinin tarixinin üzə çıxarılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində işlərin davam etdirildiyini deyib.

Qazıntıların aparıldığı küçə Side antik şəhərinin əsas nəqliyyat istiqamətlərindən biri olub. Burada müxtəlif stoalar (üstüörtülü, sütunlu uzun eyvan və ya qalereya tipli tikili) və üç monumental girişin izləri müəyyənləşdirilib.

Mütəxəssislərin araşdırmalarına əsasən, küçənin şimal hissəsində eramızın II əsrinə aid stoa və onun arxasında çoxsaylı məkanlar yerləşib. Küçədə qərbdən şərqə doğru “Qərb qapısı”, “Herakl qapısı” və “Şimal hamamı qapısı” adlandırılan üç monumental giriş aşkarlanıb.

Onların arasında “Herakl qapısı” üzərindəki relyeflərlə diqqəti cəlb edir. Burada Heraklın 12 qəhrəmanlığını əks etdirən səhnələrlə yanaşı, qədim yunan mifologiyasının tanrıları Athena, Zevs, Artemida, Higeya və Tixenin təsvirləri də yer alır.

Eramızın III əsrinin əvvəllərinə aid olduğu müəyyən edilən bu relyeflərin Son Antik dövrdə “Herakl qapısı”nın inşası zamanı ikinci dəfə tikinti materialı kimi istifadə edildiyi bildirilir. Məlumata görə, eramızın V əsrində Side şəhərinin bu hissəsində mühüm yenidənqurma işləri aparılıb. Yepiskop sarayı kompleksinin küçənin şimalındakı geniş ərazini əhatə etməsi ilə əvvəlki girişlərin bir qismi bağlanıb, stoa üzərində isə yeni monumental keçidlər yaradılıb.

Beləliklə, “B” küçəsi Şərq qapısından Sideyə daxil olanların istifadə etdiyi əsas yol olmaqla yanaşı, şəhərin monumental və görkəmli memarlıq komplekslərindən birinə çevrilib.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31