Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq

25.08.2026 [21:32]

Sentyabrın 7-8-də Batumidə "Gürcüstan Beynəlxalq Dənizçilik Forumu-2026" (GIMF 2026) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, forum Gürcüstan Baş nazirinin himayəsi ilə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi və Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə 40 ölkədən 400-dək nümayəndənin iştirakı gözlənilir. Forumda müxtəlif ölkələrin nazirləri və digər yüksəkvəzifəli şəxsləri, dəniz administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların baş katibləri, beynəlxalq maliyyə institutlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri iştirak edəcəklər.

Agentlikdən bildirilib ki, GIMF 2026 Gürcüstanın dəniz ölkəsi kimi mövqeyinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişaf potensialının nümayiş etdirilməsi və regional nəqliyyat əlaqələrinin qlobal səviyyədə gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Forum çərçivəsində Orta Dəhlizin inkişaf perspektivləri, regional nəqliyyat və logistika əlaqələri, innovasiyalar, dayanıqlı dəniz nəqliyyatı, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstan Beynəlxalq Dənizçilik Forumu 2016-cı ildən keçirilir.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31