Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

26.08.2026 [22:17]

Sentyabrın 15-dən etibarən Çində ölkəyə giriş və ölkədən çıxışla bağlı yeni qaydalar qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, müvafiq qərarı Çin Dövlət Şurası qəbul edib.

Xarici medianın yazdığına görə, sənəd xaricdə dövlət təhlükəsizliyinə və ölkənin maraqlarına təhdid yaradan qanunsuz və ya cinayət xarakterli əməllər törətmiş Çin vətəndaşlarının ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasına imkan verir.

Belə vətəndaşların Çinə qayıtdıqdan sonra altı aydan üç ilədək müddətə xaricə getməsinə qadağa qoyula bilər.

Sərhədi qanunsuz keçməyə və ya sənədləri saxtakarlıq yolu ilə rəsmiləşdirməyə görə inzibati həbs cəzası almış vətəndaşlar üçün də analoji məhdudiyyət nəzərdə tutulur.

Bununla yanaşı, sosial şəbəkələrdə başqa dövlətin qanunvericiliyini pozmuş istənilən Çin vətəndaşının beş il müddətinə ölkədən çıxışına qadağa qoyulacağı barədə yayılan məlumat qərarın məzmununa uyğun deyil.

Əcnəbilər üçün isə beş ilədək müddət müəyyən edilib. Belə ki, miqrasiya və sərhəd qanunvericiliyinin ayrı-ayrı tələblərini pozduqları halda onların Çinə girişinə bir ildən beş ilədək müddətə qadağa qoyula bilər.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31