Britaniya polisi Reform UK partiyasına edilən ianələri araşdırır
10.07.2026 [21:13]
Britaniya polisi Reform UK partiyasına 2024-cü il ümumi seçkiləri ərəfəsində edilən 500 min funt sterlinq həcmində ianələrlə bağlı araşdırma aparır.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, araşdırmanın mərkəzində fırıldaqçılıq ittihamı ilə məhkum olunan Corc Kottrellin anası Fiona Kottrell dayanır. Bildirilir ki, Londonun Metropoliten Polisi bir ildən artıqdır siyasi partiyalara ianələrin verilməsi ilə bağlı qanunvericiliyin pozulması ehtimalını araşdırır.
İddialara əsasən, istintaq qanunla icazə verilməyən mənbədən daxil olan vəsaitlərin gizlədilməsi və ya ianəçinin kimliyi və ianənin məbləği barədə yanlış məlumat təqdim edilməsi ehtimalını əhatə edir. “The Times” yazır ki, araşdırma Fiona Kottrellin 2024-cü ilin may ayında Reform UK partiyasına etdiyi hər biri 250 min funt sterlinq olmaqla iki ianə ilə bağlıdır. Həmin ianələr Böyük Britaniyanın Seçki Komissiyasının rəsmi qeydlərində də yer alıb.
Reform UK mənbələri bildiriblər ki, indiyədək partiya rəsmilərindən heç biri polis tərəfindən dindirilməyib. Məlumata görə, Fiona Kottrellin oğlu Corc Kottrell seçkilərdən əvvəl Reform UK lideri Naycel Farajın sosial media əməkdaşlarının və təhlükəsizlik xidmətinin xərclərini ödəyib. “The Sunday Times” nəşri bu dəstəyin Faraj parlament üzvü seçildikdən sonra rəsmi qaydada bəyan edilmədiyini iddia edib.
Corc Kottrell ABŞ-də dələduzluq ittihamı üzrə təqsirini etiraf edib, səkkiz ay həbsdə qaldıqdan sonra 2017-ci ildə azadlığa buraxılıb. Onun vəkilləri “The Sunday Times” qəzetinin maliyyə dəstəyi ilə bağlı iddialarını qətiyyətlə rədd etdiklərini bildiriblər. Naycel Faraj isə öz növbəsində hər hansı qanun pozuntusuna yol vermədiyini bəyan edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31

