14203 saylı Sərəncam...
22.08.2025 [09:34]
ABŞ BCM-nin 4 üzvünə sanksiya tətbiq etdi
ABŞ ilə BCM arasında münasibətlər gərginləşir. Belə ki, ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsində çalışan dörd şəxsə qarşı sanksiya tətbiq edib. Departamentin bəyanatında qeyd olunur ki, 2 hakim və 2 prokuror Haaqada yerləşən beynəlxalq müharibə cinayətləri tribunalında amerikalıların və israillilərin mühakimə olunmasında mühüm rol oynayıb. Həmin hakimlər kanadalı Kimberli Prust və fransalı Nikola Qiyu, prokurorlar isə Ficidən olan Nazhat Şamem Xan və seneqallı Mame Mandiaye Nianqdır. Tramp administrasiyası məhkəmənin baş prokuroru Kərim Xanı da sanksiya siyahısına daxil edib. Qeyd edək ki, ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsinin hakimlər kollegiyası İsrailin Baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verdikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən məhkəməyə sanksiya tətbiq olunub.
Rubio təsdiqləyib
Dövlət Departamentinin katibi Mark Rubio Prezident Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyalarını təsdiqləyib. O, bildirib ki, ABŞ BCM-nin araşdırmaları ilə əlaqəli olan xarici şəxslərə qarşı sanksiyalar tətbiq edib: “Bu gün mən Kanadadan olan Kimberli Prst, Fransadan olan Nikolya iyu, Ficidən olan Nazhat Şamm Xan və Seneqaldan olan Mame Mandiaye Nanqa qarşı Prezident Trampın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya verilməsi haqqında 14203 saylı Sərəncamına əsasən sanksiyalar elan edirəm. Bu şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin həmin ölkələrin razılığı olmadan ABŞ və ya İsrail vətəndaşlarının təhqiqatında, həbsində, saxlanmasında və ya mühakimə olunmasında bilavasitə iştirak etmiş xarici ölkə vətəndaşlarıdır”, - deyə M.Rubio qeyd edib. Departamentin sənədində bildirilir ki, ABŞ BCM-nin siyasiləşdirilməsinə, onun səlahiyyətlərindən sui-istifadəyə, milli suverenliyin pozulmasına və məhkəmə funksiyalarının qanunsuz genişləndirilməsinə qarşı çıxır.
BCM yeganə qurumdur ki...
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəhbərliyi ilə bağlı qərarlarına nə qədər təsir göstərməyə çalışsa da, istəyinə nail ola bilmədi. “İlk belə haldır ki, hər hansı bir dövlət tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələrinə qarşı sanksiya tətbiq olunur. ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Vaşinqton BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, həmçinin ABŞ-ın bəzi rəsmilər ilə bağlı qərarını səhv və ədalətsiz hesab edir və məhz buna görə də BCM-nin müəyyən hakimlərinə və prokurorlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Tramp Ağ Evə gəlməmişdən öncə BCM-nin Netanyahu və Qallantın həbsi ilə bağlı qərarının qarşısını almaq üçün xeyli səy göstərsə də, buna nail ola bilmədi. Belə demək mümkünsə, məhkəmə ABŞ-ın çağırışına və tələbinə məhəl qoymadı. Bununla da sübut olundu ki, Beynəlxalq Cinayət Məhkəməsi dünyada yeganə beynəlxalq qurumdur ki, bu təşkilata kənardan təsir etmək mümkün deyil”, - deyə Ə.İbrahimov vurğulayıb.
ABŞ ilə BCM arasında münasibətlər gərginləşə bilər
“Tramp administrasiyasının BCM-yə son münasibətindən sonra sözügedən təşkilat İsrailin rəhbərliyi, eləcə də ABŞ-ın bəzi rəsmiləri ilə bağlı sərt qərarlarının sayını artıra bilər. Qəzzada müharibə dayansa belə, BCM İsrailin hərbi-siyasi rəhbərliyi ilə bağlı istintaq araşdırmalarını davam etdirəcək. Hesab edirəm ki, BCM Netanyahu və Qallantın həbs orderi ilə bağlı qərarını ləğv etməyəcək”, - deyə Ə.İbrahimov əlavə edib ki, ABŞ-ın BCM-nin nümayəndələrinə sanksiya tətbiq etməsi bir çox dövlətlər tərəfindən normal qarşılanmayacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

