Paşinyan II Qaregini bitirir?
02.12.2025 [09:34]
Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik davam edir. Tərəflər arasında ziddiyyətlər Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni ordusunu məğlub etməsi və Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra başlayıb. Ötən ilin may ayında Qazaxın dörd kəndinin qaytarılmasından sonra isə keşiş Baqratın rəhbərliyi altında Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına start verildi. Lakin bir müddət sonra həmin aksiyalar fiaskoya uğradı.
Paşinyan-kilsə qarşıdurması yeni mərhələdə
Bununla belə, Paşinyan-kilsə qarşıdurması son zamanlar yeni mərhələyə keçib. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusilə kilsənin rəhbəri II Qareginə (Ktriç Nersisyan) qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə bunu qəbul etmək niyyətində deyil. Elə son çəkişmələrin də mahiyyəti və motivi bundan ibarətdir. O bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsində son qərarı Ermənistan hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - dövlətin seçkilərdə həlledici səsə sahib olması və namizədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi önə çıxarılmalıdır.
N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu da demiş və əlavə etmişdi ki, kilsələrin əksəriyyəti tikinti tullantıları anbarı kimi istifadə edilir. Bütün bunların ardınca, baş nazir II Qaregini vəzifəyə təyin olunarkən könüllü olaraq qəbul etdiyi subaylıq andını pozmaqda ittiham edib. Paşinyan II Qareginin övladının olduğunu iddia edib və bunu sübut etməyə hazır olduğunu vurğulayıb. Daha sonra o, tələb edib ki, katolikos II Qaregin Eçmiədzinin ana taxtını tərk etməlidir. “Erməni Apostol Kilsəsi seçkilərə qədər əxlaqı təsdiqlənəcək yeni katolikosu seçməlidir”, - deyən Paşinyan Erməni Apostol Kilsəsinin bütün dindarlarını “Eçmiədzin Ana Taxtına bütün ermənilərin yeni katolikosunun seçilməsi işi ətrafında birləşməyə” də çağırıb. N.Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edərək bəyan edib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.
II Qaregin təklənir
Paşinyanın kilsəyə hücumu fonunda ona müxalif olan bir keşişlər müxtəlif ittihamlarla həbs ediliblər. Keşiş Baqratın taleyi buna nümunədir. Hətta II Qareginin yaxınları da həbsə atılıblar. Belə ki, noyabrın 29-da Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və onun oğlunun həbs müddətini uzadıb. Gevork Nersisyanın həbs müddəti 2 ay, oğlu Ambartsumun həbs müddəti isə 3 ay uzadılıb. Ata və oğul noyabrın 3-də həbs olunub, onlar Vaqarşapatda seçkilər zamanı qərbpərəst “Respublika” partiyasının seçkiqabağı təşviqatına maneə törətməkdə ittiham olunurlar. İstintaqın versiyasına görə, noyabrın 1-də Voskexat kəndində (Vaqarşapat Ağsaqqallar Şurasına seçkilər zamanı) aparılan təşviqat kampaniyası zamanı onlar “Respublika” partiyasının nümayəndəsinə qarşı təhqiramiz ifadələr səsləndirərək kəndi tərk etməsini tələb ediblər.
Artıq keşişlər arasında Paşinyana dəstək verənlər də artır. Belə ki, bu günlərdə doqquz keşişdən ibarət bir qrup ümumerməni katolikosu II Qaregini dini müqəddəsliyə hörmətsizliyi himayə etməkdə günahlandıran bəyanat yayıb. Bildirilib ki, o, indiki baş keşiş arxiyepiskop Arşak Xaçatryanın müqəddəsliyə hörmətsizlik edən hərəkətlərini gizlətməyə cəhd göstərib. Qeyd edək ki, Xaçatryanın rahiblik qaydalarını pozan videosu yayılıb. II Qaregin də onun bu davranışını müxtəlif bəhanələrlə ört-basdır etməyə səy göstərib. Məlumata görə, Ermənistan İstintaq Komitəsinin apardığı ekspertizaya əsasən, arxiyepiskop Arşak ədəbsiz məzmunlu videoda iştirak edib. Bu video isə müxtəlif sosial şəbəkə platformalarında müzakirə olunur.
13 arxiyepiskopdan 9-unun verdiyi bəyanatında bildirilib ki, katolikosun davranışı erməni kilsəsinin kanonları və təlimləri ilə bir araya sığmır, bu da kilsə daxilində parçalanma təhlükəsi daşıyır. Onlar yepiskopları, kilsənin sadiq və sədaqətli övladlarını qətiyyətli mövqe nümayiş etdirməyə, II Qareginin yanlış kursunu qətiyyətlə pisləməyə çağırıblar. Ermənistanın baş naziri Nikol Paşinyan da arxiyepiskopların bəyanatını alqışlayaraq deyib: “Hesab edirəm ki, bu, hər şeydən əvvəl kilsəmizdə kilsənin mənəvi missiyasını həvəslə yerinə yetirən din xadimlərinin olduğunu sübut edir”. Ardınca, Paşinyan bəyanata imza atan keşişlərlə görüş keçirib və görüşün videoyazısını özünün sosial şəbəkə hesabında yayımlayıb. Keşişlər görüş zamanı baş nazirin tələblərində haqlı olduğunu bildiriblər.
Yeni katolikos kim olacaq?
Proseslər Paşinyanın II Qareginlə mübarizədə üstünlük qazandığını göstərir. Belə olan halda, yeni ümumerməni katolikosu kim ola bilər? Yerli mətbuatın yazdığına əsasən, hakimiyyətin özü üçün iki namizədi var. Media yazır ki, Nikol Paşinyanın hökuməti artıq bütün ermənilərin katolikosu postuna mümkün namizədin adı ilə bağlı qərar verib. ABŞ-ın Qərbi Ermənistan Yepiskopluğunun rəhbəri arxiyepiskop Ovnan Terteryan və Kilikiya Böyük Evinin Katolikosu I Aram başlıca namizədlər kimi nəzərdən keçirilir. Mövcud hökumət II Qareginin mandatı bitdikdən sonra Erməni Apostol Kilsəsində gördüyü yeni azad fəaliyyət sahəsini və təsirin yenidən bölüşdürülməsini təmin edə bilər. Bildirilib ki, hüquq-mühafizə orqanları artıq yepiskopluq rəhbərlərinin, o cümlədən arxiyepiskopların iclası nəticəsində dərc edilmiş bəyanatı imzalayanlar və imzalamayanların fərdi məlumatlarını araşdırır.
Bununla belə, Ermənistan cəmiyyətində II Qareginin tərəfdarı olan revanşistlər də var. Onların prosesə necə müqavimət göstərəcəyini söyləmək hələ ki, çətindir. Qeyd edək ki, Ermənistan cəmiyyətində bu qarşıdurma təkcə dini və mənəvi məsələlərlə məhdudlaşmır. Erməni ekspertlər Paşinyan və kilsə arasında gərginliyi gələn il keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Belə ki, kilsə Paşinyana müxalif olan revanşist qüvvələrlə işbirliyindədir. Paşinyan isə seçki öncəsi bu düşərgəni zəiflətməyə və ictimai nüfuzlarını sarsıtmağa çalışır. Görünən odur ki, erməni baş nazir II Qaregini postundan uzaqlaşdırana qədər mübarizəni davam etdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

