“Nə yaxşı gəlmisən, bala!”
30.05.2026 [19:50]
Prezident İlham Əliyev budəfəki bayram günlərində də ənənəsinə sadiq qalaraq azad olunmuş, bərpa edilmiş daha bir yaşayış məntəqəsinin sakinləri ilə öz evlərində, yurdlarında görüşdü. Mayın 28-də dövlətimizin başçısı Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbriklərini Şuşanın Böyük Qaladərəsi kəndində dilə gətirdi, Qalib Ali Baş Komandana minnətdarlıq, təşəkkür dolu səmimi duaları eşitdi.

Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşdən yayılan kadrlara həyəcansız baxmaq mümkün deyil. Həmin qürur, sevinc dolu kadrları izlədikcə qeyri-ixtiyari xəyalən illər öncəyə ekskurs etməyin özü də əzablıdır. On illərlə işğal altında qalan bu cənnət məkan nələrə şahid olub?..Hətta 44 günlük Vətən müharibəsindən sonra erməni separatçılarının bu ərazilərdə hansı oyunlar çıxartdığını da unutmamışıq. 2022-ci ilin bu günlərində, Vətən müharibəsindən il yarım sonra bu ərazidəki erməni separatçıların Azərbaycanın alternativ yol çəkilişinə belə mane olmağa cəhd göstərdiklərindən yazırdıq. O zaman Azərbaycana məxsus yük avtomobillərinin hərəkətinə maneçilik törədirdilər, özü də Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında baş verirdi bu insidentlər. Amma ermənilərə gizli və açıq dəstək verən Rusiya hərbçiləri onların özbaşınalıqlarının qarşısını almağa maraqlı olmadıqlarını nümayiş etdirirdilər. Azərbaycan hətta birgəyaşayış naminə alternativ yollar çəkirdi Azərbaycan kəndlərinə, təki sülh olsun deyə. Bu gün Azərbaycandan guya qovulduqlarını iddia edən ermənilər isə o zaman olduqları yerdə sakit yaşamaqdansa dövlətimizə “təpik atmağa” cəhd göstərdilər, daha sonra yığışıb getdilər...

Azərbaycan Silahlı Qüvvələrinin cəmi 23 saat çəkən antiterror əməliyyatından sonra erməni separatçılarının cinayətlərinə son qoyuldu və Böyüklü-Kiçikli Qaladərəsi daxil, bütün ərazilərimiz düşmən hərbçilərindən, separatçılardan təmizləndi.

Budur, Böyük Qaladərəsinə həyat qayıdıb, çünki öz doğma sakinlərinə qovuşub! Böyük Qaladərəsi kəndində 50 fərdi ev olsa da, onların 13-ü yararsızdır, 17 ev isə bərpa olunub. Növbəti mərhələdə daha 20 evin bərpası planlaşdırılır. İlkin mərhələdə kənddə 14 ailənin, 64 nəfərin qayıdışı təmin edilib. Yerli sakinlərin bu yurda qayıdışı necə intizarla gözlədiyini dövlət başçısı ilə görüşdükləri zaman dillərindəki təşəkkürdən, gözlərindəki sevincdən aydın şəkildə sezmək olurdu. Olduqca səmimi bir atmosfer var idi bu görüşdə. Ağbirçək xanımın sözlərini isə həyəcansız izləmək mümkün deyildi. “Nə yaxşı gəlmisən, bala”, deyə, dövlət başçısına xitab edən ağbirçək ananın sözləri o qədər səmimi, münasibəti o qədər səmimi idi ki...Həm də kövrək, duyğusal anlar idi. Sanki gözləməkdən gözlərinin kökü saralmış ana öz övladını uzun həsrətdən sonra qarşılayırdı, onun boyunu oxşayırdı, dualarını sıralayırdı, Tanrıya şükranlıqla.
Kadrları izlədiyim o anlarda nədənsə mənə elə gəldi ki, yurdunun, evinin həsrəti ilə 30 ildən artıq qovrulmuş bir vətəndaşın onu evinə qaytarmış Prezidentinə dediyi “nə yaxşı gəlmisən, bala” xitabı təkcə ev sahibinin Ali Qonağa ünvanladığı xoşgəldindən də, ananın övladına ünvanladığı sevgidən də daha ali, daha müqəddəs xitab idi. Sanki bu sözləri bir ana övladına, dövlət başçısına yox, Böyük Qaladərəsinin timsalında Vətənin bir parçası uzun həsrətdən sonra öz sahibinə, sahiblərinə, nəfəsi üçün darıxdığı insanlarına ünvanlayırdı. Böyük Qaladərəsinin uzun həsrətdən sonrakı vüsalının notları, nidaları var idi o xitabda: “Nə yaxşı gəlmisən, bala!” Onilliklər ərzində işğal altında qalmış bir yurdun, Vətən torpağının öz övladlarına ünvanladığı “nə yaxşı” gözaydınlığı idi. Axı, bizim çoxumuz Şuşa həsrəti ilə dünyadan köç edə biləcəyimizin dəhşətli əzabıyla yaşayırdıq, bəzilərimiz ümidini kəsirdi getdikcə...Görün o halda nəinki Şuşa, Böyük və Kiçik Qaladərəsi nə çəkirmiş. Kim bilir, bəlkə o kəndin də heç bir ümidi yox imiş, bir daha qoynunda doğma insanların ayaq səslərini duymağa, onların bel götürüb bu torpaqları əkib-becərməsinə...
Bu səmimi söhbətin davamı da var:
“Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.
Prezident İlham Əliyev: Onun da salamı var sizə.
Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.
Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz”.
Görün necə səmimi ortamdır. Həm də ağbirçək ananın Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlı möhtəşəm bir xitabı: “Şuşa qızım”. Çox gözəl tapıntıdır. Doğrudan da bu torpağın kəramətindən, qüdrətindəndir, doğma insanları öz yurduna ayaq basarkən nələrə qadir olurmuşlar...
“Nə yaxşı gəlmisən bala”, xitabı məni qeyri-ixtiyari tarixin dərin qatlarına apardı. Axı, çox darıxmışdı bu yurd yeri...

Böyük Qaladərəsi həm də Azərbaycan üçün çox önəmli, strateji əhəmiyyət daşıyan ünvanlardan biridir. Vaxtilə bu kəndin adı Köhnəkənd olub. Sovetlər zamanı isə Kirov, Mest Qaladərəsi olub. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı qərarı ilə Şuşa rayonunun Mest Qaladərəsi kəndi Böyük Qaladərəsi kəndi adlandırılıb. Amma Şuşanın işğal altında olması səbəbindən bu kəndin hansı adı daşıması, təəssüf ki, o qədər də ciddi önəm kəsb etmirdi. Separatçılar, işğalçılar bu kənddə məskunlaşmışdılar. Amma axı, işğal bununla da bitmirdi, daha çox uzaq tarixə gedirdi...Çar Rusiyası bu yerləri də əlimizdən qoparmışdı. 1728-ci ildə İrandan köçürülmüş ermənilər orada məskunlaşandan sonra iki – Böyük və Kiçik Qaladərəsi kəndləri yaradılmışdı. Ermənilər adını “Mets” Qaladərəsi və “Hin” Qaladərəsi qoymuşdular. Şumerlərdən qalma “Qala” sözündə yabançı hay yarlığını yapışdırmışdılar uzun illər boyunca... Azərbaycan dövləti, Azərbaycan Prezidenti iki əsrlik ədalətsizliyi ortadan qaldırdı, həm də Böyük Qaladərəsində!

“Dəmir yumruq” elə-belə xatırlanmadı Böyük Qaladərəsində. 2023-cü ilin 28 mayında da Prezident yurdlarına ƏBƏDİ qayıdan Laçın sakinləri ilə görüş zamanı dağların o üzündəkilərə - Qərbi Azərbaycanda məskunlaşanlara “biz sizi görürük” xəbərdarlığını etmişdi. İrəvanda hərbi parad keçirənlər Böyük Qaladərəsi xəbərdarlıqlarından da nəticə çıxarmalıdır! Qərbi Azərbaycanda nə qədər yurd yerlərimiz “Nə yaxşı gəlmisən, bala!” demək üçün tamarzıdır...
Unutmasınlar!!!
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

