/ / ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib
ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib
29.05.2026 [10:17]
Mayın 28-də ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatı ərəfəsində Ebola epidemiyası riski ən yüksək olan Afrika bölgələrindən gələn insanlar üçün əlaqələndirilmiş səyahət tədbirləri elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə onların birgə bəyanatında bildirilib. Bu tədbirlərin məqsədi Dünya Kuboku zamanı vətəndaşları və qonaqları qorumaqdır.
“Reuters” agentliyinin verdiyi məlumata görə, məhz hansı konkret tədbirlərin görüləcəyi barədə dəqiq məlumat verilmədiyi bəyanatda qeyd olunur: “Dünyanı Şimali Amerikada salamlayarkən, eyni zamanda, regiondakı hər kəsin sağlamlığı və təhlükəsizliyi ən yüksək prioritetimiz olaraq qalır”.
Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında Ebola epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib və onun qonşu ölkələrə yayılma riskinin yüksək olduğunu bildirib.
Bu qərar hökumətləri səyahət məhdudiyyətlərini gücləndirməyə sövq edib. Ötən həftə Vaşinqton son həftələrdə Konqo Demokratik Respublikasına, Uqandaya və ya Cənubi Sudana səfər etmiş ABŞ vətəndaşı olmayanların ABŞ-yə girişini qadağan edib. Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri bu qadağanı əvvəlki 21 gündə həmin ölkələrdə olan “yaşıl kart” sahiblərinə də şamil edib.
Kanada da çərşənbə günündən etibarən 90 gün müddətinə Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudan vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bazar ertəsi günü Meksikanın səhiyyə naziri David Kerşenobiç hava limanlarında Ebola virusuna qarşı daha sərt yoxlama tədbirləri barədə məlumat verib, ictimaiyyəti Konqo Demokratik Respublikasına səyahət etməkdən çəkinməyə çağırıb və bu ölkədən gələnləri 21 gün ərzində karantində saxlamağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50

