Özbəkistanın tarixi şəxsiyyətləri haqqında yeni nəşr çapdan çıxır
14.08.2026 [22:15]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə qədim yazılı mənbələrin qorunması, tədqiqi və populyarlaşdırılması, ölkənin əlyazmalar irsinin hərtərəfli öyrənilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas diqqət mərkəzinə çevrilib.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, bu genişmiqyaslı səylərin bir hissəsi olaraq, Türkiyənin İstanbul şəhərindəki “Mega” Nəşriyyat Evi “Özbəkistanın əlyazmalar irsində tarixi şəxsiyyətlər” adlı kitab-albomunun yenilənmiş nəşrini çap etməyə başlayıb. Nəşrin məqsədi geniş ictimaiyyəti ölkənin yazılı irsinin unikal nümunələri ilə tanış etməkdir.
Nəşr beşillik tədqiqatların yekunudur və XIII-XVIII əsrlərə aid Şərq miniatür rəssamlığının unikal nümunələrini bir araya gətirir. Onlarda adları Özbəkistan və Mərkəzi Asiya tarixi ilə bağlı olan hökmdarlar, dövlət xadimləri, şairlər, alimlər və sənətkarlar yer alıblar.
Kitabda görkəmli tarixi şəxsiyyətlərin - Əmir Teymur, Mirzə Uluqbəy, Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur, Hüseyn Bayqara, İbn Sina və regionun elmi, mədəni və siyasi irsinin digər böyük nümayəndələrinin şəkilləri yer alır. Bunlarla yanaşı, albomda xarici muzey və kitabxanaların kolleksiyalarında aşkar edilmiş digər tarixi şəxsiyyətlər haqqında məlumatlar da yer alır.
Beş il ərzində Özbəkistanda və 45-dən çox xarici ölkədə 200-dən çox muzey, kitabxana və elmi müəssisə ilə əlaqələr qurulub. Bunlara Vaşinqtondakı Frier Qalereyası, Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi, Britaniya Kitabxanası, Fransa Milli Kitabxanası, Kembric Universiteti Kitabxanası, Topqapı Sarayı Kitabxanası və digər nüfuzlu beynəlxalq kolleksiyalar daxildir. Həmçinin 50-dən çox tədqiqat ekspedisiyası həyata keçirilib. Geniş tədqiqatlar nəticəsində XIII-XVIII əsrlərə aid 185 miniatür aşkar edilib.
Kitab-albomun hazırlanmasında, həmçinin illərlə davam edən tədqiqatlar və “Özbəkistanın mədəni irsi” seriyası çərçivəsində həyata keçirilən beynəlxalq layihələr əsas götürülüb. Hazırda bu seriyaya 80 kitab-albom daxildir ki, bunların da əhəmiyyətli bir hissəsi ölkənin yazılı və əlyazma irsinə həsr olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57

