Aqrar sahənin inkişafına xidmət edən yeni qanun...
09.10.2026 [10:50]
Ölkəmizdə kənd təsərrüfatının inkişafını hədəfləyən yeni qanun layihəsi hazırlanıb. “Aqrar sahə haqqında” qanun layihəsi bu məqsədə xidmət edir. Oktyabrın 7-də bu sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin ictimai dinləmə formatında keçirilən iclasında müzakirə olunub. Tədbirdə çıxış edən komitə sədri Tahir Rzayev Prezident İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyini artırmaqla aqrar məhsulların istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.
O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqləndiyini, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunların qəbul edildiyini, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirədən keçdiyini söyləyib.
Bəzi qanunlar ləğv ediləcək
T.Rzayev təqdim olunan “Aqrar sahə haqqında” qanun layihəsinin sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gələrək hazırlandığını bildirib. O, sənədin aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən etdiyini deyib. Komitə sədri qeyd edib ki, aqrar sahədə müxtəlif və çoxsaylı qanunlar mövcud olsa da, müasir dövrdə onların sistemləşdirilməsi, bu istiqamətdə vahid qanunvericilik bazasının yaradılması və hüquqi çərçivədə vahid yanaşmanın tətbiqi zəruridir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi baza qanunu kimi xarakterizə olunur. Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunur, onların aktual müddəaları yeni qanuna daxil edilir.
T.Rzayev ölkə Prezidenti tərəfindən həyata keçirilən mühüm tədbirlərin, əldə olunan nəticələrin, imzalanan sənədlərin və qəbul edilən qanunların geniş təşviq olunmasının əhəmiyyətindən də danışıb. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çağırışını xatırladaraq, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və mövcud müsbət ab-havanın daim ictimai müzakirələrdə saxlanılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni qanun layihəsinin aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişmələrinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən etdiyini bildirib. Diqqətə çatdırılıb ki, sənəddə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Dövlətin fermerlərə dəstəyi artacaq
Daha bir mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Belə ki, aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə olaraq qanunda təsbit edilir. Bildirilib ki, dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Layihədə dövlətin aqrar sahədəki 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi və sair daxildir.
Nazirin sözlərinə görə, sənəddə torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Torpaqların parçalanmasının vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır. Bununla yanaşı, su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişmələrinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.
Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılır. Aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar kimi satış yerlərinin növləri müəyyən edilir. Aqrar kooperativlərə satış yerləri təşkil etmək hüququ verilir. Qeyd edilib ki, qanunun qəbulu aqrar sahədə normativ tənzimləmənin vahidləşdirilməsini, dövlət dəstəyinin ünvanlı və şəffaf olmasını, resurslardan səmərəli istifadəni təmin edəcək.
Çıxışlarda sənədin əhəmiyyəti, gətirdiyi yeniliklər və sahənin gələcək tənzimlənməsi barədə söhbət açılıb. Həmçinin ölkəmizdə kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan ardıcıl islahatlara toxunulub. Qanun layihəsinin torpaq və su resurslarından səmərəli istifadə, bərpaolunan enerji, ekoloji tarazlıq, istehsalın davamlılığı, kəndlərin tərəqqisi, eləcə də yaşıl texnologiyaların tətbiqi baxımından xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13

