/ / Azərbaycan -Türkmənistan: Qarşılıqlı etimada əsaslanan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan -Türkmənistan: Qarşılıqlı etimada əsaslanan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
08.10.2026 [13:56]
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi proritet istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyev müxtəlif auditoriiyalarda çıxışları zamanı dəfələrlə vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya regionu vahid iqtisadi məkan kimi çıxış edir. 2025-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma tam hüquqlu üzv qəbul edilib ki, bununla da qarşılıqlı münasibətlər keyfiyyətcə yeni mərhələyə daxil olub.
Bu siyasətin tərkib hissəsi olaraq Azərbaycanın Mərkəzi Asiyanın nüfuzlu dövlətlərindən olan Türkmənistanla əlaqələri də intensiv şəkildə inkişaf edir. Hər iki tərəf münasibətlərin müxtəlif platformalarda daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir. Eyni zamanda, Azərbaycan və Türkmənistan cəmiyyətlərinin bir-birinə böyük rəğbət hissi var ki, bu da qarşılıqlı maraqlara əsaslanan əlaqələrin dərinləşməsində mühüm rol oynayır.
İki dost xalqı tarix, mədəniyyət və etnik köklər birləşdirir
Təbii ki, geosiyasi subyektlər olaraq Azərbaycanla Türkmənistanı ortaq məxrəcə gətirən çoxlu sayda regional və qlobal miqyaslı amillər sadalamaq mümkündür. Hazırkı narahat dünyada dövlətlər özlərinin milli maraqlarını, təhlükəsizliyini təmin etmək üçün etibarlı tərəfdaşlarının çox olmasına böyük səy göstərirlər. Lakin müstəqil Azərbaycanla müstəqil Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bir qayda olaraq anşlaqla keçir və yaddaşlarda silinməz izlər buraxır. Türkmənistanda Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunur. Bu ölkənin xalqı milli musiqimizi, mahnılarımızı çox sevir və el şənliklərində səsləndirirlər. Qardaş ölkədə “Görkəmli adamların həyatı” seriyasından nəfis tərtibatla hazırlanmış “Heydər Əliyev” kitabı, eləcə də “İnsanlığa qarşı cinayət”, “Azərbaycan xalq nağılları” işıq üzü görüb və böyük oxucu auditoriyası qazanıb. Bundan başqa, Türkmənistan Musiqili Dram Teatrı tamaşaçı marağını nəzərə alaraq görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” oprettasını öz repertuarına daxil edib. Belə misalların sayı kifayət qədər çoxdur.
Öz növbəsində Azərbaycanda da zəngin türkmən mədəniyyətinə böyük maraq var. Bakıda Türkmənistan şairi Məhtumqulu Fraqinin yaradıcılığına həsr olunan konfrans keçirilib. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtumqulu Fraqinin “Seçilmiş əsərləri”nin, Mollanepesin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, Sultan Hüseyn Baykarın “Divan”ının və digər müəlliflərin əsərlərinin Azərbaycan dilində nəşri oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bütün bu faktlardan da göründüyü kimi, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir. Dil oxşarlığını da bura əlavə edək. Tarixdən gələn belə dərin oxşarlıq hər iki ölkənin və xalqın böyük sərvətidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.
Dinamik səciyyə daşıyan siyasi dialoq
Təbii ki, Azərbaycanla Türkmənistan arasında səmimi və xoş mərama əsaslanan siyasi dialoq qurulmasa idi, hazırda ikitərəfli münasibətlərin yüksək səviyyəsindən bəhs etmək də mümkün olmazdı. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”yə uyğun olaraq qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib.
Son illərdə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər və görüşlər, o cümlədən imzalanan vacib sənədlər ikitərəfli dialoqu daha da intensivləşdirib. İndiyədək Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib. Bundan əvvəlki sonuncu işgüzar səfər 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Yüksək səviyyəli görüşdə iştirak etmək üçün həyata keçirilib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2 mart 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər, cari ilin 22-23 iyun tarixlərində isə dövlət səfəri edib. Dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Eləcə də, müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 12 sənəd imzalanıb. Bundan başqa, 6-7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olub.
7 oktyabr 2025-ci ildə Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçılarının iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub. Hazırda, tikinti işləri davam edir və tikinti işlərinin 2027-ci ilin may ayında yekunlaşması gözlənilir. Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid kompleksi inşa etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir.
8-9 oktyabr 2026-cı ildə Azərbaycan Prezidentinin Türkmənistana növbəti işgüzar səfəri baş tutur. Səfər proqramında Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirakı nəzərdə tutulub. Qeyd olunan tədbirlər çərçivəsində bir sıra vacib sənədlərin imzalanması planlaşdırılır.
İki Xəzəryanı dövlət arasında yüksək etimad mühitinin rəmzi olaraq, liderlərin qarşılıqlı diplomatik jestləri və hədiyyələri ölkələrarası mənəvi bağları möhkəmləndirir. Bu xüsusda, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısı İlham Əliyevə “Taus” ləqəbli şöhrətli “Axaltəkə” atını hədiyyə etməsi dövlətlərarası ali ehtiramın göstəricisidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin də Qurbanqulu Berdiməhəmmədova Qarabağ atını hədiyyə etməsi bütövlükdə Türk dünyasında köklü tarixi ənənələrin yaşadılmasının və Bakı ilə Aşqabad arasındakı əbədi dostluğun müasir diplomatiya tarixinə həkk olunan parlaq rəmzləridir. Eyni zamanda, Prezident Sərdar Berdiməhəmmədovun ölkəmizə cari ildə baş tutan səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə iyunun 22-də Azərbaycan tərəfindən Türkmənistana “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
Azərbaycanla Türkmənistanın çoxtərəfli platformada daim bir-birinə dəstək nümayiş etdirmələri də yaxşı nümunədir. Hər iki ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir.
İki ölkə arasında hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsi qarşılıqlı əlaqələrin genişlənnməsinə güclü təminatlar verir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənəd imzalanmışdı. Cari ildəTürkmənistan Prezidentinin ölkəmizə son səfəri çərçivəsidə mübadilə edilən yeni 12 sənədlə bu hüquqi baza daha da genişləndirlib. Eyni zamanda, Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Genişlənən iqtisadi əlaqələr
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi əlaqələr də mütəmadi qaydada genişlənir. İqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın rolu mühüm əhəmiyyət kəsb edir. Komissiyanın sonuncu 9-cu iclası 8 iyul 2026-cı ildə Aşqabadda keçirilib.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə bu göstərici 63,35 milyon dollar olub.
2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi əvvəlki il ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 344 min ton təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə bu həcm 2 milyon 29 min ton təşkil etməklə, əvvəlki dövr ilə müqayisədə 38 faiz artıma səbəb olub. Regional daşımaların intensivləşməsinin bariz nümunəsi olaraq, 2026-cı il mayın 12-də Türkmənistanın quru yük gəmisi olan “Gadamly” təntənəli şəkildə Bakı Limanına daxil olub. Gəminin Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarına qoşulması regionun logistika potensialını ciddi şəkildə artıracaq.
2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturu, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07

