Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bayram Aslanov: Cənab Prezidentin çıxışı həm görülmüş işlərin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün siyasi fəaliyyət proqramıdır

Bayram Aslanov: Cənab Prezidentin çıxışı həm görülmüş işlərin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün siyasi fəaliyyət proqramıdır

07.10.2026 [15:04]

"Yeni Azərbaycan Partiyasının VIII qurultayı yalnız partiyanın deyil, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələ kimi tarixə düşdü. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın qarşısında dayanan yeni vəzifələri, ölkəmizin inkişafının növbəti mərhələsinin prioritetlərini və Azərbaycanın dəyişən geosiyasi reallıqlardakı mövqeyini aydın şəkildə ortaya qoydu. Xüsusilə mühüm məqam ondan ibarətdir ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu baxımdan cənab Prezidentin çıxışı həm görülmüş işlərin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün siyasi fəaliyyət proqramıdır".

Bu fikirləri YAP İdarə heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm hissəsidir. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, beynəlxalq təcridin aradan qaldırılması və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində fundamental addımlar atıldı. "Əsrin müqaviləsi"nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və güclü ordu quruculuğunun əsaslarının yaradılması sonrakı tarixi qələbələrin təməlini formalaşdırdı. Bu siyasi xətt 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən qalib dövlətə çevrildi. Prezidentin çıxışında xüsusi vurğuladığı kimi, 44 günlük Vətən müharibəsindəki Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası YAP-ın siyasi xəttinin strateji nəticələrindən biridir. Bu gün YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir və 30 ildən artıqdır ki, ölkənin inkişaf prosesində aparıcı rol oynayır", - deyən YAP İdarə heyətinin üzvü qeyd edib ki, qurultayda qarşıya qoyulan əsas vəzifələr Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsidir. Hərbi gücün artırılması, təhlükəsizliyin təmin olunması, ideoloji təhlükələrə qarşı mübarizə, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi strateji istiqamətlər kimi müəyyənləşdirilib. Cənab Prezident tərəfindən səsləndirilən vəzifələrin hər biri YAP üzvlərinin qarşısında mühüm məsuliyyət qoyur: "Azərbaycanın qazandığı Qələbə, dövlətçilik təcrübəsi, müstəqil siyasəti və inkişaf modeli barədə həqiqətlərin daha geniş yayılması vacibdir. Bu işdə YAP üzvləri və fəalları əsas rol oynamalıdırlar. Əminliklə deyə bilərik ki, YAP bu vəzifələrin icrasında əvvəlki dövrlərdə olduğu kimi fəal mövqe tutacaq. Çünki partiyanın siyasi tarixinin özü qarşıya qoyulan strateji məqsədlərin mərhələli şəkildə reallaşdırılmasının nümunəsidir. Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi hədəflər qarşıdakı dövr üçün partiya üzvlərinin əsas yol xəritəsidir". 

PƏRVİZ

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31