Tahir Mirkişili: İnkişaf siyasətinin mərkəzində insan amili dayanır
06.10.2026 [15:22]
Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın qarşıdakı dövr üçün siyasi və iqtisadi prioritetlərini aydın şəkildə ortaya qoydu. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətimizin qarşısında indi qazanılmış nəticələri möhkəmləndirmək, təhlükəsizliyi qorumaq və inkişafı sürətləndirmək vəzifələri dayanır. Hesab edirəm ki, çıxışın əsas ana xətti təhlükəsizlik, iqtisadi müstəqillik və sosial rifahın bir-birini tamamlamasıdır. Güclü iqtisadiyyat dövlətə müstəqil qərar vermək imkanı yaradır, təhlükəsizlik isə sərmayənin, istehsalın və məşğulluğun davamlı inkişafını təmin edir. Dünyada qeyri-müəyyənliyin artdığı şəraitdə bu əlaqəni düzgün qurmaq xüsusi əhəmiyyət daşıyır. Bu barədə YAP üzvü, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişil bildirib.
T.Mirkişili qeyd edib ki, dövlət başçısının 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması barədə açıqlaması inkişaf siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir. “İqtisadçı kimi düşünürəm ki, sosial rifahın davamlı yüksəlməsi üçün gəlirlərin artımı yeni istehsal, məhsuldarlıq və iş yerləri ilə dəstəklənməlidir. Bu baxımdan investisiyaların cəlbi ilə sosial siyasət vahid məqsədə xidmət edir. Enerji və nəqliyyat sahələri üzrə səsləndirilən hədəflər də bu məntiqlə qiymətləndirilməlidir. Tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması məqsədi logistika, anbar təsərrüfatı, emal və xidmət sahələri üçün yeni imkanlar deməkdir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan infrastrukturun iqtisadi fəaliyyətlə tamamlanması isə Böyük Qayıdışın davamlılığını gücləndirəcək. İnsanların doğma yurdlarında məskunlaşması ilə yanaşı, işləməsi və gələcəyini orada qurması əsas nəticə olmalıdır”.
Millət vəkilinin fikrincə, çıxışda YAP qarşısında ictimaiyyətlə işin yenilənməsi, şablon və formal yanaşmalardan uzaqlaşmaq vəzifəsi də qoyuldu. Məncə, bunun praktik mənası vətəndaşla daha canlı ünsiyyət qurmaq, onun suallarını dinləmək və görülən işlərin nəticəsini aydın dillə izah etməkdir. Hesab edirəm ki, partiya fəalları bu vəzifələrin öhdəsindən gəlmək üçün bütün səylərini əsirgəməyəcəklər.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxGündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09

