Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

05.10.2026 [17:10]

Şotlandiyanın qərb sahillərində yerləşən ucqar Hildasay adası 350 min funt-sterlinqə satışa çıxarılıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Şetland adalarının qərbində yerləşən Hildasay adası 108 hektar ərazini əhatə edir. Adaya yalnız materikdən və yaxınlıqdakı digər adalardan qayıqla getmək mümkündür. Adanın uzun sahil xətti, iki şirin su gölü var və ən hündür nöqtəsi təxminən 32 metrə çatır.

Ərazidə, həmçinin sadə yaşayış və sığınacaq üçün nəzərdə tutulan ənənəvi kiçik daş ev tikilisi yerləşir. Buradan ətraf dənizə və təbiət mənzərələrinə geniş görüntü açılır. Ada müxtəlif quş növləri və dəniz canlıları ilə də zəngindir.

Satışla bağlı açıqlamada bildirilib ki, Hildasay ətraf materik və adalardan qayıqla əlçatandır, onun öz şəxsi körpüsü də mövcuddur. Körpü adaya əsas giriş nöqtəsi kimi istifadə olunur.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31