Yeni mərhələnin əsas hədəfləri: VIII Qurultaydan mühüm mesajlar
05.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilən mühüm siyasi hadisə kimi yadda qaldı. Qurultayda çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizin son illərdə keçdiyi inkişaf yoluna nəzər salaraq qarşıdakı dövr üçün strateji əhəmiyyət daşıyan əsas istiqamətləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev vurğuladı ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultayıdır. 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ölkənin siyasi və geosiyasi reallıqlarını əsaslı şəkildə dəyişib. Qarşıda duran əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq və yeni reallıqlar əsasında Azərbaycanın inkişafını davam etdirməkdir.
Çıxışda Yeni Azərbaycan Partiyasının tarixindən də geniş bəhs edildi. Prezident İlham Əliyev partiyanın yaradılmasını Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və sosial-iqtisadi proseslərlə əlaqələndirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial xüsusi qeyd olundu. Bu siyasi xəttin sonrakı illərdə davam etdirilməsi nəticəsində Azərbaycanın qarşısında qoyduğu əsas strateji məqsədlərə nail olduğu vurğulandı.
Prezidentin çıxışında diqqət çəkən mühüm məsələlərdən biri təhlükəsizlik mövzusu oldu. Qeyd edildi ki, mövcud beynəlxalq şərait hərbi və təhlükəsizlik potensialının daim gücləndirilməsini zəruri edir. Eyni zamanda, təhlükəsizliyin yalnız hərbi sahə ilə məhdudlaşmadığı, müasir dövrdə ideoloji təhlükəsizliyin də xüsusi əhəmiyyət daşıdığı vurğulandı.
Bu baxımdan təhsil və savadlılıq xüsusi amil kimi önə çəkildi. İnformasiya, internet, kiberməkan və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığı qeyd edildi. Belə şəraitdə cəmiyyətin məlumatlı, savadlı və tənqidi düşüncəyə malik olması mühüm əhəmiyyət daşıyır.
Məhz bu kontekstdə Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrə də toxunuldu. Partiya fəaliyyətində şablon və formal yanaşmalardan uzaqlaşmağın, müasir kommunikasiya vasitələrindən daha səmərəli istifadə etməyin və Azərbaycan reallıqlarının cəmiyyətə düzgün çatdırılmasının vacibliyi qeyd edildi. Bu yanaşma partiya təşkilatlarının gündəlik fəaliyyətində insanlarla daha canlı ünsiyyətin, maarifləndirici işin və yeni kommunikasiya imkanlarından istifadənin əhəmiyyətini artırır.
Çıxışın mühüm istiqamətlərindən biri də Azərbaycanın xarici siyasəti ilə bağlı oldu. Prezident İlham Əliyev Azərbaycanın müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyini, ölkənin beynəlxalq münasibətlər sistemində fəal iştirak etdiyini bildirdi.
İqtisadi məsələlər də Prezidentin çıxışında xüsusi yer tutdu. Sosial rifahın yaxşılaşdırılması ilə yanaşı, iqtisadi inkişafın davam etdirilməsi, investisiyaların cəlb olunması, maliyyə və iqtisadi sabitliyin qorunması qarşıdakı dövrün əsas vəzifələri sırasında göstərildi. Çıxışda son investisiya forumlarında imzalanmış müqavilələrin ümumi həcminin 20 milyard dollardan çox olduğu, ölkənin valyuta ehtiyatlarının isə 90 milyard dollara çatdığı bildirildi.
Prezident İlham Əliyev Azərbaycanın enerji və nəqliyyat imkanlarına da diqqət çəkərək ölkənin regional və beynəlxalq əhəmiyyətinin bu sahələrdə həyata keçirilən layihələrlə daha da artdığını qeyd etdi. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm istiqamətlər kimi təqdim olundu.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı əsas vəzifələrdən biri kimi vurğulandı. Prezidentin çıxışında qeyd edildiyi kimi, həmin ərazilərdə artıq 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Qarşıdakı illərdə Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsi nəzərdə tutulur.
Beləliklə, VIII Qurultayda səslənən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini əhatə edir. Təhlükəsizlik və müdafiə imkanlarının gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, müasir və çevik partiya fəaliyyətinin qurulması, iqtisadi inkişafın və sosial rifahın davam etdirilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qarabağda Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı dövrün əsas vəzifələri kimi müəyyənləşdirilir.
Qurultayda səsləndirilən mesajlar eyni zamanda Yeni Azərbaycan Partiyasının yerli təşkilatları qarşısında da yeni vəzifələr müəyyən edir. Müasir informasiya mühitində fəal olmaq, cəmiyyətlə daha sıx ünsiyyət qurmaq, xüsusilə gənclərlə maarifləndirici işi gücləndirmək və ölkədə gedən proseslər barədə ictimaiyyətin məlumatlandırılmasına töhfə vermək qarşıdakı dövrdə partiya təşkilatlarının fəaliyyətinin mühüm istiqamətlərindən olacaq.
VIII Qurultay bu baxımdan yalnız görülmüş işlərin yekunlaşdırılması deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi yadda qaldı.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25

