Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

04.10.2026 [14:45]

Hörmüz boğazında yerləşən Qeşm adasının sakinləri dəniz tərəfdən gələn partlayış səsləri eşidiblər.

AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bəzi xəbər agentlikləri İran hava hücumundan müdafiə sistemlərinin ölkənin cənub ərazilərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurması ehtimalını yazıb.

Son dövrlərdə həm qayda pozan gəmilərin, həm də ABŞ PUA-larının hədəf alınması ilə bağlı bu cür hadisələr dəfələrlə təkrarlanıb.

Hörmüz boğazının həmin bölgəsində baş verənlərlə bağlı rəsmi bəyanatların verilməsi gözlənilir. Lakin demək olar ki, istər PUA-ların, istərsə də gəmilərin hədəf alınması İranın Hörmüz boğazına məhz özünün nəzarət etdiyini və oradakı vəziyyəti tam şəkildə izlədiyini sübut etməyə yönəlmiş qətiyyətli cəhdidir.

Bu gün İran ordusunun sözçüsü də bunu təsdiqləyərək bildirib ki, İranın silahlı qüvvələri həmin əraziyə hərbi cəhətdən nəzarət edir və sutka ərzində onu müşahidə altında saxlayır. SEPAH Aerokosmik Qüvvələri komandanının müşaviri də vurğulayıb ki, İran müharibə zamanı istifadə etmədiyi böyük miqdarda döyüş texnikasına malikdir və ABŞ, ya da İsrail tərəfinin yaradacağı gərginliyə tam hazırdır.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31