Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / KİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb

KİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb

05.10.2026 [23:32]

Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində ölən səkkiz zabitin bəziləri Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak edib.

Bu barədə “Mediazona” məlumat yayıb.

Məlumata görə, təyyarədə həlak olan səkkiz nəfərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub. Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.

Qeyd edək ki, təyyarə Amur vilayətinin Krasnoyarovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarə “Ukrainka” aviabazasından təlim-məşq uçuşu həyata keçirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl təyyarənin sursatsız təlim-məşq uçuşu zamanı yaşayış məntəqələrindən kənarda qəzaya uğradığını və altı ekipaj üzvünün öldüyünü açıqlamışdı.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31