/ / Musa Quliyev: Prezident İlham Əliyevin VIII qurultaydakı proqram xarakterli nitqi hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı, yol xəritəsi oldu
Musa Quliyev: Prezident İlham Əliyevin VIII qurultaydakı proqram xarakterli nitqi hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı, yol xəritəsi oldu
07.10.2026 [11:22]
"Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycan xalqının Azərbaycan dövlətinin və YAP-ın həyatında çox mühüm bir mərhələdir, əlamətdar hadisədir. VIII qurultay VII qurultaydan ötən müddətdə partiyamızın görüdüyü işlərin, qarşıya qoyulan vəzifələrin icra vəziyyətini müzakirə etdi, qiymət verdi və qarşıya yeni vəzifələr müəyyənləşdirdi. Partiyamızın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin VIII qurultayımızdakı proqram xarakterli nitqi hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün bir fəaliyyət proqramı, yol xəritəsi oldu".
Bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev deyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev qurultayda YAP-ın keçdiyi şərəfli yola nəzər salaraq olduqca böyük qiymət verdi. İdarə Heyətinin üzvü vurğulayıb ki, Prezident İlham Əliyev YAP-ın Ulu öndər Heydər Əliyev ideyalarının, Onun siyasi məktəbinin daşıyıcısı olduğunu və qürurla bu vəzifəni uğurla yerinə yetirən mərd, mübariz insanların birləşdiyi bir paritya olduğunu bildirib: "Ölkə Prezidenti YAP-ın Cənubi Qafqazın ən mütəşəkkil, ən möhtəşəm partiyası olduğunu bir daha vurğulamaqla partiyamızın Azərbaycanın müstəqilliyinin qorunmasındakı, dövlətçiliyimizin qurulmasındakı mühüm və tarixi rolunu qeyd etmiş oldu. Eyni zamanda cənab Prezidentin çıxışında qarşıya qoyulan məsələlər, xüsusilə yeni dövrün prioritetləri açıq aydın şəkildə YAP üzvlərinə, bütövlükdə Azərbaycan vətəndaşlarına, həm də bütün dünya ictimaiyyətinə çatdırıldı. Bu mesajlar nədən ibarət idi? Biz birinci növbədə güclü olmalıyıq. Bunun üçün hərbi gücümüz, hərbi qüdrətimiz daha da artmalıdır. Çünki Vətən müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktına qol çəkməsinə baxmayaraq, hələ də öz bəd niyətlərindən əl çəkmir. Eyni zamanda, Ermənistan etibarsız bir qonşudur. Bizh bunu son 200 illik tarixdə görmüşük. Digər tərəfdən Azərbaycanın müstəqilliiyini və suverenliyni həzm edə bilməyən qüvvələr və dövlətlər var ki, biz daima onlara qarşı güclü olmalıyıq. Gələn ilin dövlət büdcəsində hərbi xərclərə 9 milyard manatın ayrılması da bu istiqamətdə atılan addımdır".
M.Quliyev bildirib ki, güclü olmağın ikinci şərti bilikli, savadlı gəncliyin yetişməsidir. Komitə sədri qeyd edib ki, bilikli gənclərin yetişməsi ölkənin gələcək inkişafı üçün olduqca vacib şərtdir: "Xüsusilə süni intellekt, kompüter texnologiyalarının inkişaf etdiyi dövrdə bu çox vacib məsələdir. Savadlı və bilikli gəncliyin yetişməsi həm də dini fanatizmə, cəhalətə meyllərin qarşısını alan əsas amildir. Üçüncüsü, bizim iqtisadi və sosial cəhətdən güclü olmağımızdır. İqtisadiyyatımızın inkişafı çox vacibdir ki, cənab Prezident çıxışında bununla da bağlı mühüm bir müjdə vermiş oldu. Yeni ildən xalqın bütün təbəqələrinin əmək haqqları, təqaüdləri, sosial müavinətləri artacaq. Eyni zamanda yaşayış minimumu artacaq, minimum əmək haqqı artacaq. Bu son 7 ildə qəbul olunacaq 6-cı sosial rifah paketi olacaq. Cənab prezidentin növbəti mesajı ondan ibarət oldu ki, bizim gücümüz birlikdədir. Güclü olmaq üçün bir yerdə olmalıyıq. Bu da çox vacib bir məsələdir. Qeyd etməliyəm ki, YAP hər zaman olduğu kimi Azərbaycan Prezidentinin çıxışından irəli gələn məsələlərin öz yerini tapması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, ideoloji işin yeni çağırışlar əsasında qurulması məsələsinin həllinə səfərbər olacaq".
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09

