Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yəməndə köçkünlərin sayı 200 mini keçib

Yəməndə köçkünlərin sayı 200 mini keçib

07.10.2026 [20:57]

Hökumət qüvvələri ilə Yəmənin qərbinə nəzarət edən husi qruplaşması arasında döyüşlər başlanandan sonra 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Təşkilatı məlumat yayıb.

Təşkilat tərəflər arasında son günlər şiddətlənmiş toqquşmaların nəticələrini “narahatedici” adlandırıb.

Qeyd olunub ki, hazırda humanitar ehtiyaclara çevik cavab vermək üçün lazımi vəsait çatışmır.

Bildirilib ki, köçkünlər Yəmənin 10 vilayətindəndir. Daha çox köç hadisəsi Taiz şəhərində olub.

Təşkilatın məlumatına görə, 3700-dən çox yəmənli dəniz yolu ilə Cibutiyə sığınıb.

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31