YAP-ın VIII Qurultayı: dövlətçilik tarixindən gələcəyin strateji üfüqlərinə
08.10.2026 [12:06]
“Dövlətlərin tarixində elə siyasi mərhələlər var ki, onların əhəmiyyəti qəbul edilən qərarların sayından daha çox, bütöv bir dövrün mahiyyətini ifadə etmək və qarşıdakı zamanın siyasi istiqamətini müəyyənləşdirmək gücü ilə ölçülür.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz belə bir tarixi mərhələnin siyasi ifadəsi oldu. Azərbaycan bu Qurultaya ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, milli iradəsini hərbi-siyasi nəticəyə çevirmiş, regionda yeni reallıqlar yaratmış və beynəlxalq münasibətlər sistemində öz çəkisini əhəmiyyətli dərəcədə artırmış qalib dövlət kimi gəldi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı isə ötən dövrün nəticələrinin ümumiləşdirilməsindən daha geniş məna daşıyaraq, müasir Azərbaycan dövlətçiliyinin hansı dayaqlar üzərində inkişaf etdiyini və yeni tarixi mərhələdə hansı strateji prinsiplərlə irəliləyəcəyini müəyyənləşdirən fundamental siyasi baxış kimi yadda qaldı”. Bu barədə Milli Məclisin deputatı Rövşən Muradov bildirib.
R. Muradov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdiridyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun olaraq daha geniş miqyasda davam etdirilməsi Azərbaycanın iqtisadi gücünü daha da artırıb, milli məqsədlərə yönəldildib, müdafiə qabiliyyətinin sistemli şəkildə artırılmasına, beynəlxalq mövqelərin möhkəmləndirilməsinə və çevrilib. “2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması uzun illər ərzində həyata keçirilən bu strategiyanın siyasi, hərbi və mənəvi nəticəsini ortaya qoydu. Beləliklə, vaxtilə qarşıya qoyulan tarixi məqsəd dövlət iradəsi, xalq birliyi və ardıcıl siyasət hesabına gerçəkliyə çevrildi. VIII Qurultayın ən mühüm siyasi mesajlarından biri də ondan ibarət oldu ki, Zəfər Azərbaycan üçün yekun nöqtə yaratmır, əksinə, daha böyük məsuliyyət tələb edən yeni inkişaf mərhələsinin başlanğıcını müəyyənləşdirir. Bugünkü mürəkkəb beynəlxalq mühitdə dövlətin gücü artıq yalnız hərbi imkanlarla ölçülmür. Güclü ordu, dayanıqlı iqtisadiyyat, maliyyə müstəqilliyi, ictimai sabitlik, ideoloji möhkəmlik, müasir təhsil, informasiya təhlükəsizliyi və çevik diplomatiya milli qüdrətin bir-birini tamamlayan elementləridir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq, eyni zamanda öz milli qərarvermə imkanlarını qorumaq qabiliyyətini nümayiş etdirir. Bu siyasətin davamlılığını təmin edən əsas amillərdən biri iqtisadi və maliyyə müstəqilliyidir. “Aşağı xarici borc səviyyəsi, güclü valyuta ehtiyatları, genişlənən investisiya imkanları, enerji layihələri və tranzit potensialının artması Azərbaycanın siyasi manevr imkanlarını genişləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində artan rol, ənənəvi enerji ilə yanaşı yaşıl enerji imkanlarının inkişafı ölkəmizi yalnız regional iqtisadi proseslərin iştirakçısı yox, Avrasiyanın yeni geoiqtisadi arxitekturasının mühüm elementlərindən birinə çevirir. Bütün bunlarla paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Zəfərdən sonrakı dövlət siyasətinin mahiyyətini ən aydın şəkildə göstərir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət suverenliyinin praktiki məzmunudur. Böyük Qayıdış həm tarixi ədalətin tamamlanması, həm də azad edilmiş ərazilərin Azərbaycanın ümumi iqtisadi və sosial sisteminə tam inteqrasiyası deməkdir”.
R.Muradov bildirib ki, VIII Qurultayın əsas siyasi məzmunlarından biri keçmişin dövlətçilik təcrübəsi ilə gələcəyin strateji hədəflərinin vahid inkişaf fəlsəfəsi çərçivəsində uzlaşdırılmasıdır.”Yeni Azərbaycan Partiyasının tarixi yolu Azərbaycanın müstəqil dövlət kimi keçdiyi böyük siyasi yolun mühüm hissəsidir və bu gün qarşıda dayanan başlıca vəzifə əldə edilmiş tarixi nailiyyətləri yeni keyfiyyət mərhələsinə çevirməkdir. Azərbaycanın qarşıdakı onilliklərdə gücü yalnız qazandığı Zəfərlərlə ölçülməyəcək. Əsas meyar həmin Zəfərlərin yaratdığı imkanların necə qorunması, necə inkişaf etdirilməsi və gələcək nəsillərə hansı dövlət mirasının ötürülməsi olacaq. Qalib dövlətin ən böyük tarixi vəzifəsi qələbəni xatirəyə çevirməkdən daha çox, onu inkişafın daimi mənbəyinə çevirməkdir.Azərbaycanın yeni mərhələsinin siyasi düsturu da məhz budur: Güclü dövlət, müstəqil siyasət, dayanıqlı iqtisadiyyat, milli birlik və gələcəyə hesablanmış strateji iradə”.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17

