Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

08.10.2026 [22:31]

Azərbaycan ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu Rusiya üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, həqiqətən də son dərəcə mühüm layihədir və biz onun həyata keçirilməsi üzərində azərbaycanlı və iranlı tərəfdaşlarımızla fəal işləyirik”, - deyə o bildirib.

M.Zaxarova oktyabrın 5-də Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, Baş nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayev arasında keçirilmiş görüşə də münasibət bildirib. Danışıqlarda hər iki ölkənin aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.

Onun sözlərinə görə, görüş konstruktiv mühitdə keçib. Tərəflər iqtisadi-ticari, investisiya, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın aktual məsələlərini konkret müzakirə ediblər.

Mədəniyyət və təhsil sahəsində əməkdaşlığa ayrıca diqqət yetirilib. Moskva mədəni-humanitar əlaqələrin fəallaşdırılmasının zəruriliyini vurğulayıb. Rusiya XİN nümayəndəsinin qiymətləndirməsinə görə, son vaxtlar bu sahədə əlaqələr əməkdaşlığın digər istiqamətlərindən nəzərəçarpacaq dərəcədə geri qalır.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31