Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

08.10.2026 [22:53]

Keçən il ərzində Maliyyə Monitorinq Xidməti (MMX) tərəfindən hüquq-mühafizə orqanlarına 95 məlumat göndərilib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 22 vahid və ya 30 faiz çoxdur.

AZƏRTAC MMX-yə istinadla xəbər verir ki, hesabat dövründə xidmət tərəfindən hüquq-mühafizə orqanlarına 320 fiziki və 502 hüquqi şəxs barədə məlumat ötürülüb, bu məlumatlar 116 şübhəli hesabat əsasında təqdim edilib. O cümlədən 2025-ci il ərzində vergidən yayınma və qanunsuz mərc oyunlarının vasitəçiliyi ilə əlaqədar 20 vergiödəyicisi və 416 fiziki şəxs barədə Dövlət Vergi Xidmətinə məlumat ötürülüb.

Cari dövr ərzində hüquq-mühafizə orqanlarına ötürülmüş məlumatların 91 vahidini öhdəlik daşıyan şəxslər tərəfindən göndərilmiş hesabat, 3 vahidini xarici maliyyə kəşfiyyatı orqanı tərəfindən daxil olmuş məlumat, bir vahidini isə vətəndaş tərəfindən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə ünvanlanmış müraciət təşkil edib.

Hesabat ilində xidmət tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilmiş məlumatlar əsasında 7 cinayət işi açılıb, bunlardan 2 iş Cinayət Məcəlləsinin (CM) 193-1-ci maddəsi, 5 iş CM-in digər maddələri ilə bağlı olub.

Ötən il hüquq-mühafizə orqanlarından 214 sorğu daxil olub ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (138) 76 vahid və ya 55 faiz çoxdur.

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31