Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

08.10.2026 [20:24]

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısına 38 yeni ad daxil edib.

AZƏRTAC xəbər verir ki, məhdudiyyətlər 23 şirkətə, üç fiziki şəxsə və 12 gəmiyə şamil olunub. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin oktyabrın 8-də yaydığı bildirişdə məlumat verilir.

“RBK” yazır ki, siyahıya “Zarubejneft”, “İNK-Kapital”, “Stoliçnıy Kredit” bankı, “Planeta” ASC, Rusiyanın “Prime Top”, “Albion” və “Sidas Plyus” şirkətləri daxil edilib. Məhdudiyyətlər, həmçinin Qırğızıstanın “Processing KG” və “TokenSpot” şirkətlərinə, kriptovalyuta xidmətləri olan “Cryptomus” və “Heleket”lə əlaqəli Kanadanın “Xeltox Enterprises” şirkətinə, eləcə də Türkiyənin “Redwing Metal” şirkətinə şamil olunub.

Ulan Bukabayev, Aleksandr Yan Hendrik Tattersall və Yeqor İsayevə qarşı fərdi sanksiyalar tətbiq edilib. Şirkət və fiziki şəxslərin aktivlərinin dondurulması, fiziki şəxslər üçün Böyük Britaniyaya giriş qadağası da nəzərdə tutulur.

Sanksiya siyahısına daxil edilən gəmilər arasında “Aleksandr Nevski”, “Andrey Pervozvannı”, “Vasili Surikov”, “Midvolqa-3” və “Pioneer” də var.

Böyük Britaniya hakimiyyəti məhdudiyyətlərin həmin gəmilərin Rusiya nefti və neft məhsullarının üçüncü ölkələrə daşınmasında iştirak etməsi ilə əlaqədar tətbiq edildiyini bildirib. Sanksiyalar bu gəmilərin Britaniya limanlarına daxil olmasına və onlara bir sıra xidmətlərin göstərilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31