Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

09.10.2026 [15:04]

Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında səsləndirib.

Bununla yanaşı, dövlətimizin başçısı davam edən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsinin və bu gün qərarlar qəbul olunarkən nəzərə alınmasının vacibliyini qeyd edib. O, belə bir yanaşmanın zəruri tədbirlərin vaxtında həyata keçirilməsinə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verəcəyini vurğulayıb.

“İnanırıq ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktik nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq”, - deyə Prezident bildirib.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31