Qeyri-neftə əsaslanan inkişaf
09.10.2026 [11:17]
Ötən 9 ayda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
2026-cı ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə iqtisadi fəallıq artıb və bu dinamika fiskal yığımlara mühüm təsir göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ötən 9 ayda 10 milyard 332,6 milyon manat həcmində qeyri-neft-qaz yığımları təmin edilib. Həmin sahə üzrə büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb. Ümumilikdə, vergi orqanları yanvar-sentyabr aylarında neft və qeyri-neft sektoru daxil olmaqla, birlikdə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Sosial sığorta daxilolmaları 5 milyard manatı ötüb
Qeyri-neft sektorundakı artım digər yığım mənbələrində də özünü göstərib. Belə ki, yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.
Həmçinin icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.
“e-rüsum” üzrə 52,7 milyon manat dövlət rüsumu ödənilib
Yeri gəlmişkən, 2026-cı ilin 9 ayında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm nəticələr əldə olunub. Sistem üzrə 125 min 245 elektron bildiriş və 115 min 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının məbləği 52,662 milyon manat təşkil edib. “e-rüsum” “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin alt sistemlərindən biridir və “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə olunmasını, həmçinin dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və uçotun aparılmasını təmin edir.
50 milyarddan 90 milyard manata çatan əlavə dəyər
Hazırda qeyri-neft ÜDM-in həcmi cəmi ölkə üzrə yaradılan əlavə dəyərin (illik) təxminən 90 milyard manatına bərabərdir. Halbuki bu rəqəm, 2020-ci ildə 50,8 milyard manat təşkil edirdi. Cəmi 5 il ərzində (2026-cı il nəzərə alınmadan) bu sektorda təxminən 70 faizlik artım baş verib. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir və iqtisadi genişlənmə qeyri-neft drayverləri olan istehsal, sənaye, turizm, xidmət və innovasiyalar, tranzit daşınmaları üzrə təmin edilməkdədir. Son illərdə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb. Bu, onu göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq - yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyub, ölkə artıq təkcə neft gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür.
Qeyri-neft ÜDM-nin ilin sonunda 100 milyard manata çatacağı gözlənilir
Qeyd edək ki, hökumət bir müddət əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, sənəddə qeyri-neft sektoru üzrə artımın ilin əvvəlində tərtib edilmiş cari gözləntilərdən daha yüksək olacağı fərz olunur. 2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatının 1-2 faizlik artım tempi nümayiş etdirəcəyi, ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı gözlənilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. Yəni ilin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinin 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyr-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13

