Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir
09.10.2026 [12:19]
Yeni qlobal nizamın formalaşdığı, geosiyasi qarşıdurmaların və qütbləşmənin dərinləşdiyi bir dövrdə Azərbaycan fərqli siyasi və mədəni platformalar arasında körpü rolunu oynayan dövlət kimi çıxış edir. Bakı həm Qərb, həm də Şərq dünyası ilə münasibətlərini qarşılıqlı maraq, bərabərhüquqlu əməkdaşlıq və etimad prinsipləri əsasında qurur. Azərbaycan Avropa təsisatları ilə enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadiyyat və siyasi dialoq sahələrində fəal əməkdaşlıq etdiyi kimi, Şərq və İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə də xüsusi əhəmiyyət verir. Bu siyasətin mühüm istiqamətlərindən biri İslam həmrəyliyinin gücləndirilməsidir. Azərbaycanın İslam dünyasına münasibəti yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret təşəbbüslər və praktiki layihələrlə müşayiət olunur. Bakı müxtəlif dövrlərdə İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə, dini və mədəni irsin qorunmasına, humanitar əlaqələrin dərinləşdirilməsinə mühüm töhfələr verib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, həmin il IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bu siyasətin ən mühüm nümunələrindəndir. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal mövqe nümayiş etdirərək müsəlman ölkələrinin qarşılıqlı dəstəyinin və vahid mövqeyinin gücləndirilməsini təşviq edir. Beləliklə, Bakı İslam həmrəyliyini qarşıdurma deyil, sülh, dialoq və əməkdaşlıq platforması kimi təqdim edir.
30 il ərzində D-8 təşkilatına tək Azərbaycan qəbul edilib
Bakının İslam həmrəyliyi uğrunda apardığı siyasi fəallıq isə göz önündədir - ölkəmizin 2024-cü ilin sonlarında D-8 təşkilatına üzv qəbul edilməsi də məhz növbəti diplomatik qələbəmiz sayılır. Qeyd edək ki, bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bu təşkilatda olan dövlətlərin ümumi daxili məhsulu təxminən 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycanın 30 il ərzində bu təşkilata yeni üzv seçilməsi mühüm uğurdur. Üç qitəni əhatə edən D-8 üzvlüyümüz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Vurğulanmalıdır ki, Azərbaycanın ortaya qoyduğu gələcək hədəflər, prioritetlər D-8-in ümumi inkişaf strategiyası ilə üst-üstə düşür. D-8-in hədəflərinin əks olunduğu “2020-2030-cu illər yol xəritəsi” təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Yol xəritəsi çərçivəsində üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, təhlükəsizlik, sabitlik və rifahın artırılması kimi məqsədlər müəyyən edilib. Azərbaycan da hər zaman yüksək əməkdaşlıq platformasında maraqlıdır. D-8 qrupuna üzvlüyümüz qarşılıqlı şəkildə həm siyasi, həm də iqtisadi əhəmiyyət daşımaqdadır. Yeni siyasi-iqtisadi nizamda özünəməxsus rol oynayacaq dövlətlərin gələcək iqtisadi inkişaf perspektivləri olduqca böyükdür. İqtisadi inkişaf isə özlüyündə siyasi təmərküzləşməni də əhatə edir. Bu mənada, inkişaf etməkdə olan müsəlman ölkələrinin beynəlxalq arenada kollektiv şəkildə çıxış etməsi qlobal məsələlərdə daha təsirli rol oynaya bilər. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında bildirib ki, 30 ildir ki, D-8 adlı bir təşkilat fəaliyyət göstərir. Orada 8 üzv var idi. Müsəlman aləminin əhali nöqteyi-nəzərindən ən böyük ölkələri orada birləşir: “Bu 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməmişdir. Tək Azərbaycan, necə deyərlər, bu şərəfli məsələyə nail oldu və biz artıq D-8-in üzvüyük”.
İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqələrimiz var
Vurğulandığı kimi, müstəqil Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən ölkəmiz eyni zamanda bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. Belə təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir. Öz növbəsində, İƏT də Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. Bu il ölkəmizdə İƏT-in 16-cı İslam Sammiti baş tutacaq. Prezident İlham Əliyev bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqələrimiz var: “Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt”.
Bakı birləşdirici rol oynayır...
Həqiqətən də Azərbaycan müsəlman ölkələri ilə bütün sahələr - istər mədəni, istər humanitar, istərsə də siyasi-iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu daim nümayiş edirir. Ölkəmizdə keçirilən tədbirlər, müsəlman dövlətlərinin nümayəndələrinin Azərbaycana səfərləri və bu səfərlərdən qaynaqlanan əlaqələrin gücləndirilməsi islam həmrəyliyinin daha da genişlənməsinə səbəb olub. Prezident İlham Əliyev öz nitqində bildirib ki, hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq: “Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

