Hadrut necə azad olundu?
09.10.2026 [09:42]
Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsinin altıncı ildönümünü yaşayır. Məhz bu müharibədə əldə etdiyi tarixi qələbə ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş günlər var. Onlardan biri də mühüm strateji mövqedə yerləşən Hadrut qəsəbəsinin azad edilməsi uğrunda oktyabrın 7-də hərbi əməliyyata başlanmasıdır. Belə ki, oktyabrın 7-dən etibarən Azərbaycan Silahlı Qüvvələri Hadrut istiqamətində həlledici döyüşlərə start verərək ilk növbədə qəsəbə ətrafındakı strateji dağlar və yüksəklikləri (o cümlədən Ərgünəş dağı) nəzarətə götürdü.
Hadrut əməliyyatı Şuşaya yol açdı
Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən tapdağından xilas edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi.
2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Qəsəbə azad edilsə də, ətraf ərazilərdəki təmizləmə əməliyyatları və düşmənin əks-hücum cəhdlərinin qarşısının alınması oktyabrın 15-nə qədər davam etmişdi.
Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.
Hadrutun azad edilməsində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin (XTQ) müstəsna xidmətləri var. XTQ-nin azsaylı qüvvəsi düşmənin müdafiə xəttinə sızmaqla həmin qəsəbənin arxa tərəfindəki yüksəkliklərdə yerləşib, sonradan isə motoatıcı hissə və birliklərin artilleriya atəşini nizamlamışdı. Düşmən mövqeləri zəiflədikdən sonra XTQ mənsubları həm ön, həm də arxa tərəfdən ərazidəki düşmənləri tamamilə təmizləmişdi. Azərbaycan Ordusunun Hadrutu azad etməsi Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi hissələrin idarə edilməsi və təchizatı baxımından da böyük əhəmiyyətə malik idi. Qəsəbənin azad olunması işğalçıların digər istiqamətlərdə müqavimətinin zəifləməsinə, Ermənistan ordusunda fərari sayının artmasına səbəb oldu. Nəticədə, Azərbaycan Ordusunun daha az itki və daha yüksək hücum tempi ilə ərazilərimizi düşmən tapdağından təmizləməsi üçün əlverişli imkan yarandı. Hadrutun azad edilməsi ondan xəbər verirdi ki, Ordumuz yalnız Qarabağ ətrafındakı rayonları deyil, paralel olaraq onun dağlıq hissəsini də işğaldan azad etməkdə qərarlıdır.
Zəfərdən sonra canlanan Hadrut
2021-ci ilin iyununda Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. Bu abidənin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Bu, Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını və kapitulyasiya aktını imzalamağa məcbur olduğunu əks etdirir.
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev məhz Hadrutda hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim Ordumuzun gücünü böyük dərəcədə artıracaq”.
Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13

