/ / Rauf Əliyev: Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur
Rauf Əliyev: Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur
09.10.2026 [16:19]
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər ölkəmizin qarşıdakı dövr üçün inkişaf istiqamətlərini, dövlət, xalq və partiya qarşısında dayanan əsas vəzifələri aydın şəkildə müəyyənləşdirir. Bu vəzifələr sırasında sosial məsələlər və milli təhlükəsizliyin qorunması, təhsil, bilik və savad xüsusi əhəmiyyət daşıyır. Çünki güclü dövlət, ilk növbədə, vətəndaşının təhlükəsizliyini təmin edən, onun sosial rifahını yüksəldən və gələcəyə inamını möhkəmləndirən, savadlı gəncliyə malik dövlətdir".
Bu fikirləri YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib. O bildirib ki, Azərbaycan son illərdə böyük tarixi nailiyyətlər əldə edib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Bu gün əsas məqsəd əldə olunan uğurları qorumaq, təhlükəsizlik imkanlarımızı daha da gücləndirmək və hər bir vətəndaşın həyatında inkişafın real nəticələrini təmin etməkdir. "Sosial siyasətin mərkəzində insan amili dayanır. Cənab Prezidentimiz qurultaydakı çıxışında bununla bağlı mühüm fikirlər səsləndirdi. Əməkhaqlarının və pensiyaların yüksəldilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərə dəstək, aztəminatlı ailələrin problemlərinin həlli dövlətin qarşısında duran mühüm vəzifələr kimi hər zaman priortetlik daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da sosial siyasətin mühüm istiqamətlərindəndir. Böyük Qayıdış yalnız insanların öz torpaqlarına dönməsi deyil, həm də onların təhlükəsiz yaşayış, məşğulluq, təhsil və tibbi xidmət imkanları ilə təmin olunması deməkdir. Azərbaycan öz gücü ilə bütün bunlara nail olur".
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bununla yanaşı, ölkəmizin təhlükəsizliyinin təmini də ən vacib şərtlərdəndir. Ölkəmiz özünün hərbi gücünü artırır. Amma təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşmır. "İnformasiya məkanının qorunması, kiberhücumlara qarşı mübarizə, gənclərin zərərli təbliğatdan müdafiəsi və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi də mühüm vəzifələrdir. Bu sahədə təhsilin, vətənpərvərlik tərbiyəsinin və cəmiyyətin düzgün məlumatlandırılmasının rolu böyükdür. Dövlətin gücü həm də vətəndaşların öz gələcəyinə inamında, cəmiyyətin birliyində və milli maraqlar ətrafında səfərbər olmaq bacarığında ifadə olunur. Cənab Prezidentimiz də vurğuladı ki, partiyanın qarşısında duran əsas vəzifələrdən biri dövlət siyasətinin mahiyyətini cəmiyyətə daha dolğun çatdırmaq, təhlükəsizlik məsələlərində məsuliyyətli vətəndaş mövqeyini gücləndirməkdir. Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflər partiya təşkilatlarının gündəlik fəaliyyətində konkret işlərlə, vətəndaşlarla birbaşa təmasla və nəticəyönümlü təşəbbüslərlə tamamlanmalıdır. Əminəm ki, sosial rifahın yüksəldilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və müstəqil inkişaf xəttinin davam etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələr ardıcıl şəkildə həyata keçiriləcək. Çünki Azərbaycanın gücü dövlətlə xalqın birliyində, təhlükəsizliyi təmin etmək əzmində və hər bir vətəndaşın rifahını ümumi inkişafın ayrılmaz hissəsi kimi qəbul edən siyasətdədir", - deyə R.Əliyev vurğulayıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30

