Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib

Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib

14.08.2026 [20:05]

Karneqi İnstitutu Riçard Yanqsin redaktorluğu ilə “Avropanı sıfırdan: Avripa İttifaqının (Aİ) xarici siyasətinin dəyişdirilməsi” adlı analitik məcmuə təqdim edib.

AZƏRTAC xəbər verir ki, məcmuə Avropa layihəsinin mümkün dərin transformasiyasına həsr olunub. Müəlliflərin fikrincə, son illərin böhranları — Brexit və pandemiyadan tutmuş Ukraynadakı müharibəyə və Trampın Ağ Evə qayıdışına qədər — hələ 2009-cu il Lissabon müqaviləsi ilə formalaşdırılmış Aİ-nin mövcud modelinin məhdudiyyətlərini üzə çıxarıb.

Analitiklər əsas problemlərdən biri kimi Aİ-nin institusional zəifliyini və ayrı-ayrı dövlətlərin qərarların qəbul edilməsini bloklamaq imkanını göstərirlər. Alternativ olaraq daha çevik və differensial inteqrasiya modeli təklif olunur. Bu model çərçivəsində, o cümlədən Aİ-yə daxil olmayan dövlətlərin də qrupları müdafiə, təhlükəsizlik və xarici siyasət sahələrində birgə fəaliyyət göstərə bilər.

Şərqi Avropaya xüsusi diqqət yetirilir. Müəlliflər bu regionu Avropanın yeni təhlükəsizlik arxitekturasının mərkəzlərindən birinə çevirməyi təklif edirlər. Bununla yanaşı, ekspertlər Aİ-nin demokratik legitimliyinin gücləndirilməsinə və vətəndaşların Avropa layihəsinin gələcəyinin müəyyənləşdirilməsində birbaşa rol almasına çağırırlar.

Mümkün praktiki addım kimi Karneqi İnstitutu “2028-ci il Reset” təşəbbüsünü təklif edir — ümumavropa vətəndaş assambleyaları və referendumdan sonra Avropanın quruluşunun genişmiqyaslı şəkildə yenidən nəzərdən keçirilməsi. Mümkün variantlar arasında həm “müxtəlif sürətli Avropa”, həm də daha sıx siyasi-müdafiə ittifaqı nəzərdən keçirilir.

Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, Aİ-yə ayrı-ayrı düzəlişlər deyil, qarşılıqlı fəaliyyət qaydalarının yenidən nəzərdən keçirilməsi, ittifaqdan kənarda olan dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ümumavropa qərarlarının bloklanmasının qarşısını almağa imkan verən mexanizmlərin tapılması lazımdır.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30