Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

29.09.2026 [19:04]

Şri-Lankada il ərzində denqe qızdırmasına 100 mindən çox yoluxma faktı qeydə alınıb.

AZƏRTAC Şri-Lanka Səhiyyə Nazirliyin məlumatına istinadla xəbər verir ki, ilin əvvəlindən bəri denge qızdırmasından 77 ölüm qeydə alınıb. Ən çox yoluxma ölkənin qərb bölgəsində baş verib. Mütəxəssislər musson mövsümündə yağışlı hava, daşqınlar və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.

Bildirək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır.

Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Xəstəliyin XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində müəyyən edilib.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30