Sentyabr yaxınlaşır...
14.08.2026 [09:10]
Kirayə mənzil bazarında qiymətlər necə olacaq?
Yeni dərs ili yaxınlaşdıqca ölkənin kirayə mənzil bazarında hər il müşahidə olunan mövsümi canlanma artıq özünü göstərməyə başlayır. Bazar iştirakçılarının davranışları onu deməyə əsas verir ki, sentyabr ayına qədər tələbin daha da artması fonunda qiymətlərdə müəyyən yüksəliş tendensiyası qaçılmaz görünür. Ali və orta ixtisas təhsil müəssisələrində yeni tədris ilinin başlanması, regionlardan Bakıya və digər iri şəhərlərə tələbə axınının intensivləşməsi, yay məzuniyyətindən qayıdan ailələrin kirayə axtarışlarını sürətləndirməsi bazarda mövcud təklifə əlavə təzyiq formalaşdırır.
Daşınmaz əmlak bazarını təhlil etdikdə aydın görünür ki, kirayə mənzil seqmentində qiymətlərin dəyişməsi yalnız mövsümi amillərlə izah olunmur. Eyni zamanda, son illərdə mənzil fondunun bir hissəsinin qısamüddətli turist kirayəsinə yönəldilməsi, yeni tikililərdə kirayə üçün uyğun mənzillərin məhdud sayda bazara çıxarılması fonunda ev sahiblərinin gəlirlərini qorumaq istəyi də qiymətlərin yüksəlməsinə təsir edən əsas faktorlar sırasında yer alır. Nəticədə, bazarda tələb təklifdən daha sürətlə artdığı üçün qiymət tarazlığı yuxarı istiqamətdə formalaşır.
Bu ərazilərdəki mənzillər daha da bahalaşacaq
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Yeni Azərbaycan”a bildirib ki, iqtisadi baxımdan kirayə mənzil bazarında avqust-sentyabr ayı hər zaman xüsusi əhəmiyyət daşıyır, çünki bu dövrdə bazara daxil olan yeni kirayəçilərin sayı ilin digər ayları ilə müqayisədə daha yüksək olur. Onun sözlərinə görə, ev sahibləri də bu vəziyyətdən istifadə edərək kirayə haqlarını yenidən nəzərdən keçirirlər: “Xüsusilə, metro stansiyalarına yaxın yerləşən, universitetlərə rahat çıxışı olan, təmirli və əşyalı mənzillər üzrə qiymət artımı daha qabarıq hiss edilir. Çünki məhz bu kateqoriyaya daxil olan mənzillərə tələbat ən yüksək səviyyədə olur.
Müşahidələr göstərir ki, bazarda ən çox maraq doğuran mənzillər bir və ikiotaqlı yaşayış sahələridir, çünki tələbələrin, gənc ailələrin və yeni işə başlayan şəxslərin əsas seçimi məhz bu seqmentə yönəlir. Belə mənzillərin bazarda dövriyyə müddəti də kifayət qədər qısadır, yəni münasib qiymətə təklif olunan mənzil çox vaxt bir neçə gün ərzində kirayə götürülür ki, bu da ev sahiblərinin daha yüksək qiymət tələb etmək imkanlarını artırır”.
Qiymət artımı bütün mənzillərə təsir etməyəcək...
E.Fərzəliyev qeyd edib ki, bazarda qiymət artımının bütün seqmentlər üzrə eyni tempdə baş verəcəyini demək doğru olmaz: “Şəhər mərkəzindən uzaq ərazilərdə yerləşən köhnə tikililər, təmirsiz və ya nəqliyyat baxımından əlverişsiz mənzillər üzrə qiymət artımı daha məhdud ola bilər. Lakin keyfiyyətli yaşayış sahələri üzrə rəqabət kifayət qədər yüksək qalacağı üçün, həmin mənzillərin kirayə haqqının əvvəlki aylarla müqayisədə daha baha təklif olunacağı gözlənilir.
Hazırkı mərhələ göstərir ki, kirayə mənzil axtaran şəxslər qərarlarını sentyabr ayına saxladıqları halda daha yüksək qiymətlərlə qarşılaşa bilərlər: “Avqustun ikinci yarısından başlayaraq tələb kəskin şəkildə artır və bazara çıxarılan münasib mənzillər qısa müddət ərzində kirayəyə verilir. Nəticədə, seçim imkanları azalır və bazarda qiymətlərin yuxarı istiqamətdə hərəkəti sürətlənir”.
Bu layihələr kirayə bazarında qiyməti azalda bilər
Ekspertin sözlərinə görə, bazarda uzunmüddətli sabitliyin təmin olunması üçün yalnız mövsümi tələbə uyğun reaksiyalar kifayət etmir: “Kirayə mənzil fondunun genişləndirilməsi, yeni yaşayış layihələrinin istifadəyə verilməsi, kirayə bazarının daha şəffaf mexanizmlərlə tənzimlənməsi və mənzil təklifinin artırılması istiqamətində atılacaq addımlar qiymət təzyiqlərinin azalmasına müsbət təsir göstərə bilər. Əks halda, hər yeni tədris ili ərəfəsində qiymət artımı tendensiyası yenidən təkrarlanacaq və bazarda mövsümi dalğalanmalar davam edəcək.
Ümumilikdə, mövcud iqtisadi şərait və bazarın dinamikası onu göstərir ki, sentyabr ayının yaxınlaşması ilə kirayə mənzil bazarında fəallıq daha da artacaq. Xüsusilə, tələbin yüksək olduğu ərazilərdə qiymətlərin müəyyən qədər yüksələcəyi ehtimalı böyükdür. Bu səbəbdən kirayə mənzil axtaran vətəndaşların seçimlərini mümkün qədər erkən etmələri həm daha geniş alternativlər əldə etmələrinə, həm də əlavə maliyyə yükündən yayınmalarına imkan yarada bilər”.
Kirayə bazarında qiymətlərə təsir edən amillər
Kirayə verilən evlərə bağlı müqavilə bağlanmalı və bununla bağlı vergi verilməsi nəzərdə tutulur. Bu arada qeyd edək ki, kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, bu addımın əsas məqsədi kirayə bazarında münasibətlərin rəsmiləşdirilməsi və şəffaflığın artırılmasıdır.
“Eyni zamanda, bu qərar vergidən yayınma hallarının qarşısını almağa, daha çox şəxsin vergi sisteminə cəlb olunmasına xidmət edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün vacib hesab olunur və kirayə münasibətlərinin daha sivil, beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradır.
Bu dəyişikliklərin qiymətlərə təsiri məsələsinə gəldikdə isə, ehtimal olunur ki, kirayə bazarında münasibətlər tam hüquqi çərçivəyə salındıqca qiymətlərdə artım müşahidə oluna bilər. Çünki ev sahibləri ödədikləri vergiləri və əlavə xərcləri kirayə haqqına daxil etməyə çalışacaqlar. Oxşar hallar digər ölkələrdə də müşahidə olunur”.
Vüqar Oruc hesab edir ki, hazırda kirayədən əldə olunan illik gəlirin mənzilin ümumi dəyərinə nisbəti göstərir ki, bir mənzil təxminən 20-21 il ərzində öz dəyərini geri qaytarır:
“Bu müddət bəzi ölkələrlə müqayisədə daha uzundur. Buna görə də kirayə qiymətlərində müəyyən artımın baş verməsi təbii sayılır.
Bununla belə, yalnız cərimələrin artırılması və inzibati tədbirlərin sərtləşdirilməsi ilə problemi tam həll etmək çətin ola bilər. Daha effektiv yanaşma kimi vergi yükünün azaldılması göstərilir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 16:22
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03

