MDB mühüm regional əməkdaşlıq platformasıdır
10.10.2026 [10:06]
İndiki mürəkkəb geosiyasi və geoiqtisadi reallıqlar fonunda regional əməkdaşlığın önəmi heç vaxt olmadığı qədər artıb. Bu baxımdan ayrı-ayrı postsovet ölkələrini bir araya gətirən Müstəqil Dövlətlər Birliyinin (MDB) də rolu getdikcə artır. Bu platforma Azərbaycan da daxil olmaqla yaxın coğrafiyaları bölüşən ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması üçün geniş imkanlar açır. O cümlədən onilliklər ərzində formalaşan əməkdaşlıq əlaqələri, hazır təchizat mexanizmi, tanış bazarlar, humanitar bağlar və digər amillər münasibətlərin intensivləşməsinə güclü impuls verir.
Əməkdaşlıq əlaqələrinin istiqamətlərinə gəldikdə isə, bunlar çox genişdir. Rusiya, Azərbaycan, Belarus, Mərkəzi Asiya ölkələri kimi üzv dövlətlərin geniş iqtisadi potensialı MDB daxilində əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. “Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”, - deyə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bu günlərdə Türkmənistanda baş tutan məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
35 ildə keçilən yol
Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Qurum yarandığı gündən üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin qorunması və inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədlərindən biri dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün platforma yaratmaq, ortaq maraq doğuran məsələlərin müzakirəsini təmin etmək və müxtəlif sahələrdə əlaqələndirilmiş fəaliyyət həyata keçirməkdir. Bu baxımdan MDB çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi mexanizm rolunu oynayır.
O cümlədən MDB Dövlət Başçıları Şurasının bu günlərdə Türkmənistanda baş tutan iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunub. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. “Sosial inkişaf və həyat keyfiyyəti ili” təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Nəqliyyat bağlılığı ili” təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.
Azərbaycanın regional əməkdaşlığa verdiyi sanballı töhfələr
Elə dövlətlər var ki, onların üzv olduqları təşkilatlarda fəaliyyətləri yalnız ayrı-ayrı tədbirlərdə umacaqlarını dilə gətirmələri və yardım istəmələri ilə məhdudlaşır. Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi isə tamam fərqli rakursdan diqqət çəkir. Ölkəmiz indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayıb.
Bu cəhətdən Azərbaycan-MDB münasibətləri də istisna deyil. İndiyədək respublikamız qurumun bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Respublikamızda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları MDB bazarında yaxşı tanınır və gözlənilir. Azərbaycanın MDB məkanı üçün ən böyük üstünlüklərindən biri də ölkəmizin geniş nəqliyyat-logistika imkanları ilə bağlıdır. Qısa müstəqillik tarixində müasir nəqliyyat infrastrukturu quran respublikamız Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir və MDB-yə üzv dövlətlər də bu imkanlardan geniş şəkildə bəhrələnirlər.
Azərbaycan MDB daxilində humanitar əlaqələrin genişlənməsinə də böyük önəm verir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmalarına imkan verib.
Ötən il sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmiz III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edib. 11 gün ərzində əsl idman bayramı yaşanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.
Ölkəmiz 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərəcək. Bütün bunlar Azərbaycanın regional əməkdaşlığa verdiyi böyük önəmin təzahürüdür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

