Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma

Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma

10.10.2026 [11:42]

Yeni qaydalar maliyyə intizamının gücləndirilməsinə xidmət edir

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana dəyişiklik edilib. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair qaydalar dəyişib.

Bundan sonra Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri öz məqsədlərinə yönələcək. Həmin vəsaitlər yalnız həmin təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Bununla da büdcədənkənar vəsaitlərin sosial müdafiəyə yönəldilməsi ilə bağlı əvvəlki məhdudiyyət, yəni vəsaitlərin yalnız “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərə şamil edilməsi tələbi aradan qaldırılıb.

Hazırda Azərbaycanda 8 məqsədli büdcə fondu var. 2026-cı ilin dövlət büdcəsində onların ümumi xərcləri 472,35 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri həmin qurumlarda çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbir kimi nəzərdə tutulub. “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq həmin vəsaitlər inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur. Büdcədənkənar vəsaitlər hesabına işçilərin vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin yuxarı hədləri təmin edilir. Belə ki, qanunla işçiyə təqvim ayı ərzində vəzifə maaşının 1 mislinədək əlavə verilməsinə icazə verilir. Mükafat və digər ödənişlər isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək ödənilməlidir.

Şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması naminə

Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni qaydalar və yanaşmalar maliyyə intizamının gücləndirilməsi yönündə aparılan islahatların mühüm tərkib hissəsidir. Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadəsinin dəqiqləşdirilməsi, sosial müdafiəyə yönələn ödənişlərin hüquqi çərçivəsinin müəyyən edilməsi və həmin vəsaitlərin dövlət maliyyə sistemində daha səmərəli idarə olunması ilə bağlıdır. Bu tədbirlər dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mexaniz vəsaitlərdən istifadə mexanizmlərinin daha aydın və vahid yanaşma əsasında tənzimlənməsinə xidmət edir. “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Bu yanaşma büdcədənkənar vəsaitlər hesabına edilən sosial xarakterli ödənişlərin daha hədəfli və ədalətli bölgüsünə imkan yaradacaq.

Dövlət maliyyə idarəçiliyində institusional yenilənmə

Hazırki dövrdə təxirəsalınmaz maliyyə ehtiyaclarının yarandığı bir vaxtda büdcə nəzarəti, büdcə vəsaitlərinin səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə dövlət büdcəsinə nəzarətin gücləndirilməsi, vəsaitlərdən qənaətlə istifadə edilməsi, büdcə şəffaflığına nail olunması dövlət siyasətində başlıca yer tutur. Bu baxımdan islahatların mühüm istiqaməti büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə köçürülməsi ilə bağlıdır. Bu, dövlət maliyyə resurslarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını gücləndirməklə büdcə vəsaitlərinin daha səmərəli bölgüsünə, fiskal şəffaflığın artırılmasına və xərclərin ümumi büdcə siyasəti çərçivəsində əlaqələndirilməsinə xidmət edir. Yeni mexanizmlə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin istifadəsinə dair daha vahid qaydaların müəyyənləşdirilməsi, əlavə ödənişlərə limitlərin tətbiqi və vəsaitlərin müəyyən hissəsinin dövlət büdcəsində cəmləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, maliyyə sistemində aparılan islahatlar dövlət maliyyə idarəçiliyində institusional yenilənmənin davam etdirilməsi və büdcədənkənar vəsaitlərin uçotunun daha sistemli əsaslara keçirilməsi baxımından əhəmiyyət daşıyır. Büdcədənkənar vəsaitlərin xərclənməsi prosesinin müəyyən edilmiş yuxarı hədlər çərçivəsində tənzimlənməsi həm dövlət maliyyəsinin optimallaşdırılmasına, həm də vəsaitlərdən təyinatı üzrə və qənaətlə istifadə olunmasına şərait yaradır. Həmin vəsaitlərdən istifadənin vahid qaydalar əsasında tənzimlənməsi həm sosial müdafiə məqsədlərinə yönələn ödənişlərin hədəfliliyini artıracaq, həm də dövlət büdcəsi resurslarının daha səmərəli idarə edilməsinə imkan verəcək. Bu mexanizm dövlət qurumlarının daxili imkanları ilə büdcə imkanlarının balanslaşdırılmasına və işçilərin sosial müdafiəsinin gücləndirilməsini də təmin edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31