Böyük Britaniya ilə Aİ arasında Sammit
14.10.2026 [09:20]
Brüssel-London trekində yeni müzakirələr başlayır
Yeni dünya nizamının formalaşması fonunda qlobal güc mərkəzləri arasında iqtisadi, siyasi və geonüfuz rəqabəti getdikcə kəskinləşir. Beynəlxalq münasibətlər sistemində qüvvələr nisbətinin dəyişməsi ənənəvi güc mərkəzlərinin mövqelərinə də təsirsiz ötüşmür. Artıq iqtisadi potensial, hərbi imkanlar və siyasi təsir mexanizmləri ilə yanaşı, enerji təhlükəsizliyi, texnoloji inkişaf və beynəlxalq proseslərə təsir göstərmək qabiliyyəti də dövlətlərin qlobal mövqeyini müəyyənləşdirən əsas amillərə çevrilib. Bu dəyişikliklər fonunda uzun illər dünyanın aparıcı iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunan Avropanın qarşısında yeni çağırışlar yaranır. Avropa həm təhlükəsizlik arxitekturasında, həm iqtisadi rəqabətdə, həm də beynəlxalq siyasi proseslərə təsir imkanlarının qorunmasında ciddi sınaqlarla üzləşir. ABŞ və Çin arasındakı strateji rəqabətin dərinləşməsi, enerji bazarlarında dəyişikliklər, Avropanın müdafiə sahəsində xarici tərəfdaşlardan asılılığı və qlobal iqtisadiyyatda yeni güc mərkəzlərinin önə çıxması Brüsselin mövqelərinə yenidən baxmasını zəruri edir.
Aİ keçmiş nüfuzunu geri qaytarmaq istəyir...
Avropanın qısa zamanda bu qədər ciddi “qan itirməsinin” səbəblərini izah edərkən, ekspertlərin diqqət çəkdiyi məsələlərdən biri də Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasının yaratdığı uzunmüddətli nəticələrdir. 2020-ci ildə rəsmiləşən Brexit Avropa siyasi məkanında ciddi dəyişikliklərə səbəb olmaqla yanaşı, İttifaqın iqtisadi və diplomatik imkanlarına da təsir göstərib. Böyük Britaniya kimi mühüm iqtisadiyyata, geniş diplomatik əlaqələrə və əhəmiyyətli hərbi potensiala malik dövlətin təşkilatdan kənarda qalması Aİ daxilində qüvvələr balansını dəyişdi. Məhz bu səbəbdəndir ki, Avropa İttifaqı son dövrlərdə Böyük Britaniyanın yenidən köhnə müttəfiqlərinin yanına dönüşü ilə bağlı fərqli proqramlar hazırlayır, fikirlər səsləndirir. Son dövrlərdə Londonla Brüssel arasında münasibətlərin dərinləşdirilməsi, ticarət, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri yenidən aktuallaşıb. Bu proseslər fonunda Böyük Britaniyanın Aİ-yə mümkün qayıdışı ətrafında müzakirələr də diqqət çəkir.
Birləşmə sammiti, yoxsa?
Aİ Böyük Britaniya ilə münasibətlərinə yenidən baxmaq üçün iki tərəf arasında Sammit təşkil edir. Sammit noyabrın 20-də Brüsseldə keçiriləcək. Beynəlxalq medianın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Sammitin əvvəlcə daha erkən tarixdə keçirilməsi planlaşdırılsa da, Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerin istefasından sonra görüş təxirə salınmışdı. Böyük Britaniyanın Baş naziri Endi Börnhem bir neçə gün öncə parlamentin İcmalar Palatasında çıxışı zamanı ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini daha da yaxınlaşdırmaq niyyətində olduğunu bildirib. Baş nazir mövcud vəziyyətin Böyük Britaniya üçün qənaətbəxş olmadığını vurğulayaraq, Aİ ilə yeni razılaşma əldə etmək imkanından istifadə etməməyin vəzifə borcuna etinasızlıq olacağını qeyd edib.
Noyabrın 20-də keçiriləcək sammitdə Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iştirak edəcəklər. Görüşdə tərəflər arasında təhlükəsizlik, müdafiə, enerji, ticarət, iqlim və miqrasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də gələcək münasibətlərin perspektivləri müzakirə olunacaq.
Londondan isti münasibət
Bundan əvvəl də Britaniya tərəfi geridönüşlə bağlı pozitiv fikirlər səsləndirmişdi. Ümumiyyətlə, Baş nazir Endi Börnhem ölkənin Avropa İttifaqı ilə uzunmüddətli münasibətlərinin yenidən formalaşdırılmasının tərəfdarı kimi çıxış edir. Təsadüfi deyil ki, ötən ayın sonlarında baş nazir BBC-yə müsahibəsində mövcud “Brexit” modelinin ölkəyə xeyirdən çox zərər verdiyini demişdi və Avropa ilə münasibətlərin yaxşılaşdırılması üçün hansı addımların real şəkildə mümkün olduğunu araşdırmaq istədiyini söyləmişdi. O, Leyboristlər Partiyasının illik konfransındakı çıxışında planlaşdırılan Böyük Britaniya-Aİ sammiti ərəfəsində ölkənin Avropa ilə gələcək münasibətlərinə dair müxtəlif variantları ictimaiyyətə təqdim edəcəyini bildirmişdi. Baş nazir Böyük Britaniyanın ən böyük bazarı olan Avropa ilə uzunmüddətli münasibətlərin aydınlaşdırılmasının vacibliyini vurğulamışdı. Börnhem hətta növbəti ümumi seçkilərdə Aİ-yə yenidən qoşulmaq üçün mandatın istənilməsi ehtimalını da istisna etməmişdi.
Birlik nə vəd edir?
Araşdırmalar da göstərir ki, Britaniyanın qayıdışı hər iki tərəf üçün pozitiv bir gələcək vəd edir. Siyasi mütəxəssislər xüsusilə Böyük Britaniyanın Avropa İttifaqına mümkün qayıdışını təkcə “Brexit”in nəticələrinin aradan qaldırılması deyil, həm də Avropanın iqtisadi və təhlükəsizlik arxitekturasının yenidən formalaşması baxımından mühüm hadisə ola biləcəyini önə sürürlər. Hazırda Böyük Britaniya Avropanın ən iri iqtisadiyyatlarından biridir və onun Aİ-yə reinteqrasiyası vahid bazarın iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirərdi. 2025-ci ildə Britaniyanın Aİ ölkələri ilə mal və xidmətlər üzrə ticarəti 856 milyard funt təşkil edib - ixracın 41 faizi - 384 milyard funt, idxalın isə 50 faizi - 472 milyard funt Aİ-nin payına düşüb.
İqtisadçı ekspertlərin fikrincə, London üçün əsas iqtisadi üstünlük vahid bazara tam çıxışın bərpası, gömrük və qeyri-tarif maneələrinin azalması, investisiya və biznes əlaqələrinin genişlənməsi ola bilər. Böyük Britaniyanın İcmalar Palatasının araşdırmasına görə, müxtəlif hesablamalar “Brexit” nəticəsində Britaniya ÜDM-nin Aİ-də qalacağı ssenari ilə müqayisədə 2-8 faiz aşağı olduğunu göstərir. Bu baxımdan Aİ-yə qayıdış uzunmüddətli perspektivdə ticarət, investisiya və məhsuldarlıq üçün əlavə imkan yarada bilər.
Aİ üçün isə qazanc yalnız Britaniya iqtisadiyyatının əlavə edilməsi ilə məhdudlaşmır - Londonun maliyyə, texnologiya, diplomatik və hərbi imkanları Avropanın ümumi çəkisini artıra bilər. Britaniya 2024-cü ildə NATO-da 84,2 milyard dollar müdafiə xərcləri ilə üçüncü ən böyük hərbi xərclərə pul sərf edən ölkə olub. Britaniyanın Aİ strukturlarına qayıdışı müdafiə sənayesi, kəşfiyyat, kibertəhlükəsizlik və hətta Ukrayna istiqamətində koordinasiyanı gücləndirə bilər. Artıq London və Brüssel arasında 2025-ci ildə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı yaradılıb. Beləliklə, mümkün reinteqrasiya həm Britaniyanın Avropadakı siyasi təsirini, həm də Aİ-nin iqtisadi və hərbi-strateji imkanlarını genişləndirə biləcək yeni mərhələ yarada bilər.
Müzakirələrin əsas istiqamətləri...
Sözügedən sammitdən gözləntilərə gəldikdə isə Avropanın gözləntisi daha çoxdur - noyabrın 20-də Brüsseldə baş tutacaq tədbir münasibətlərin yenidən qurulması (reset) və strateji tərəfdaşlığın gücləndirilməsi üçün mühüm və zəruri bir addım kimi qiymətləndirilir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Böyük Britaniya ilə əməkdaşlığın təkmilləşdirilməsini “zəruri” adlandırıb. O, Aİ və Böyük Britaniyanın ortaq dəyərlərə və maraqlara malik həmfikir tərəfdaşlar olduğunu, təhlükəsizlik və rifahın bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb. Avropanın böyük dövlətləri də eyni mövqeni bölüşür - aparıcı paytaxtlardan səslənən bəyanatlar göstərir ki, Britaniyanın qayıdışı arzuolunandır. Burada bir məsələ əsas götürülür - bərabər şərtlər xəbərdarlığı. Avropalı nazirlər və diplomatlar qeyd edirlər ki, Aİ sabit əlaqələri yüksək qiymətləndirsə də, bu, Böyük Britaniyanın Aİ ilə tam bərabərhüquqlu tərəfdaş olması və xüsusi güzəştlər (məsələn, vahid bazara daxil olmadan onun üstünlüklərindən yararlanmaq) alacağı anlamına gəlmir. Ümumilikdə Sammitdən gözləntilər isə, tədbirdə konkret sahələr üzrə sazişlərin nəzərdən keçirilməsi gözlənilir. Burada:
- Təhlükəsizlik və müdafiə: Ukraynadakı müharibə və qlobal geosiyasi qeyri-müəyyənlik fonunda Avropa liderləri Britaniya ilə hüquqi cəhətdən məcburi olmayan, lakin sıx xarici siyasət, kibertəhlükəsizlik və müdafiə tərəfdaşlığı qurmaq istəyirlər.
- Ticarət və kənd təsərrüfatı: Qida və kənd təsərrüfatı məhsullarının sərhəd keçidlərini asanlaşdırmaq üçün sanitar və fitosanitar (SPS) sazişinin razılaşdırılması gözlənilir?
• Enerji və iqlim: Tərəflərin emissiya ticarəti sistemlərinin (ETS) birləşdirilməsi və enerji xərclərini azaldacaq əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.
• Miqrasiya və hüquq-mühafizə: Qeyri-qanuni miqrasiya ilə mübarizədə və qaçaqmalçılıq dəstələrinə qarşı polis-təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin gücləndirilməsi gözlənilir.
• Gənclərin mobilliyi (Youth Experience Scheme): Gənc Aİ və Britaniya vətəndaşlarının oxumaq, işləmək və səyahət etmək imkanlarını asanlaşdıracaq xüsusi viza sxeminin təsdiqlənməsi masadadır.
Ümumilikdə, Avropa liderləri bu sammiti Londonun “Brexit”dən sonra itirdiyi iqtisadi və siyasi mövqeləri bərpa etmək istəyinə praqmatik cavab olaraq görür və Avropanın ümumi təhlükəsizlik arxitekturasını gücləndirmək üçün mühüm fürsət hesab edirlər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

