Moskva ilə Pekin vahid cəbhədə...
08.02.2022 [10:45]
Birləşmiş Ştatlara qarşı yeni mübarizə mexanizmi formalaşdırır
PƏRVİZ
Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Pekinə səfər edən Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçirilib. Görüşün yekunları ilə bağlı iki ölkə arasında sənədlər paketi imzalanıb. Dövlət başçıları yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında birgə bəyanat da qəbul ediblər. Bəyanatda Rusiya və Çinin ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən “AUKUS” birliyinin yaradılmasından ciddi narahat olduqları vurğulanıb. Bundan başqa, sənəddə Rusiya və Çinin yeni koronavirus infeksiyasının mənşəyi ilə bağlı probleminin siyasiləşdirilməsinə qarşı olduqları da qeyd olunub. Bildirilib ki, nüvə nəhəngləri “Soyuq müharibə” zehniyyətindən əl çəkməli və siyasətdə nüvə silahının rolunu azaltmalıdır. Rusiya və Çin ABŞ-ı Asiya-Sakit okean regionunda, Avropada yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırıb.
Hər iki dövlət xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərmək, xarici qüvvələrin təhlükəsizliyi pozmağa yönəlmiş hərəkətlərinə, “rəngli inqilablar”a qarşı çıxmaq niyyətindədirlər. Eləcə də ölkələr Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və onun çoxqütblü dünya nizamının formalaşmasında rolunu artırmaq istəyirlər. Çin tərəfi Rusiyanın uzunmüddətli hüquqi qüvvəyə malik Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini də dəstəkləyir. Hər iki ölkə İkinci Dünya müharibəsinin nəticələrinin toxunulmazlığını qətiyyətlə müdafiə etmək, tarixi təhrif etmək cəhdlərinə müqavimət göstərmək niyyətindədirlər. Hər iki dövlət Qərbdən gələn təhlükələrin qarşısını almaq üçün vahid cəbhədə birləşmək qərarına gəliblər. Bu baxımdan, Çin-Rusiya münasibətləri də yeni mərhələyə qədəm qoyur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Rusiya və Çin dövlət başçılarının görüşündə əsas müzakirə mövzusu ABŞ-ın şərqi Avropada, konkret olaraq Ukraynadakı hərəkətləri və buna qarşı fəaliyyətin müəyyənləşdirilməsi olub. Z.Məmmədovun fikrincə, Ukrayna ətrafında baş verən hadisələr Çin üçün də önəmlidir. Belə ki, Çin dövlətlərin ərazi bütövlüyü prinsipini hər zaman prioritet sayır: “Bunun əsas səbəbi Çinin daxilində də bu mənada müxtəlif çağırışların və problemlərin mövcudluğudur. Çin Ukraynanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə, Rusiya Ukrayna hadisələrində uğur qazansa, bu, Çin üçün də əlverişlidir. Proseslər Çinin cənubundakı Tayvan və digər problemlərin oxşar ssenarilərlə həllinə kömək edə bilər. ABŞ-ın Ukraynada məğlubiyyəti həm də Qərb təsirinin Çin sahillərində zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan, rəsmi Pekin bu gün Ukrayna məsələsini ciddi şəkildə izləyir. Düşünürəm ki, gələcək aylar ərzində Pekin və Moskva tərəfindən digər məsələlərlə bağlı da birgə addımların şahidi olacağıq”.
Siyasi şərhçi vurğulayıb ki, 2000-ci illərin əvvəlindən Rusiya və Çin kimi ölkələrin dünyada siyasi-iqtisadi rollarını artırması ABŞ-ın təkqütblü dünya nizamı istəyinin reallaşmasının qarşısını aldı. Z.Məmmədov qeyd edib ki, sonrakı dövrdə Moskva ilə Pekin arasında münasibətlər daha da istiləşdi. Çünki hər iki ölkə birqütblü deyil, çoxqütblü dünyanın tərəfdarıdır. “Əslində, rəsmi Pekinlə Moskva arasında da müəyyən problemlər mövcuddur. Bu baxımdan, onların gələcək illərdə düşmənə çevrilməsi də mümkündür. Hələlik isə onlar milyardla dollarlıq birgə müqavilələr bağlayır, layihələrə imza atırlar, münasibətləri daha da sıxlaşdırırlar. Eyni zamanda, unutmamalıyıq ki, Çin Rusiya üçün vacib tərəfdaşlardan biridir. Qərbin iqtisadi sanksiyalarının daha da genişlənəcəyi təqdirdə, Çin bazarı Rusiya üçün nicat yoludur. O cümlədən Rusiya Çinin enerji təhlükəsizliyində mühüm rola malikdir. İki ölkə arasında digər sahələrlə bağlı da bir sıra layihələr həyata keçirilib, sənədlər imzalanıb”, - deyən Z.Məmmədovun sözlərinə görə, iki dövlətin BMT Təhlükəsizlik Şurasındakı əməkdaşlığı da gözardı edilməməlidir. Yaxın zamanda BMT TŞ-da Ukrayna məsələsinin müzakirə ediləcəyini bildirən ekspert Fransanın, Britaniyanın, ABŞ-ın vahid cəbhədə birləşdiyini diqqətə çatdırıb: “Bu cəbhəyə Çinin də qoşulmasını təsəvvür etmək belə Rusiya üçün narahatlıq doğurur. Bu, Kreml üçün ciddi təhdid sayıla bilər. O baxımdan, Rusiya Çinlə əlaqələrini genişləndirməyi, onun siyasi dəstəyini qazanmağı düşünür. Bu, rəsmi Moskva üçün çox önəmlidir”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

