İnsan amilini heçə sayan...
18.04.2023 [10:50]
Fransada etiraz aksiyaları yenidən güclənib
N.BAYRAMLI
Fransa prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qalmaqallı qanun layihəsini təsdiqləyib. Sənəd ötən şənbə günü Fransa Respublikasının rəsmi qəzetində dərc olunub. Bu, cümə günü Fransanın Konstitusiya Məhkəməsinin pensiya islahatını qismən qanuni qərar verməsindən və minimum pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün əsas maddəni təsdiqləməsindən sonra baş verib.
Xatırladaq ki, Fransada yanvarın sonundan pensiya islahatlarına qarşı kütləvi küçə etirazları keçirilir. Emmanuel Makronun pensiya islahatları barədə qanunu imzalamasına baxmayaraq, əhalinin əksəriyyəti etiraz aksiyalarının davam etdirilməsinin tərəfdarıdır. Bu ölkədə “Elabe” sosiologiya xidmətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, fransalıların 64 faizi pensiya islahatlarına qarşı etirazların davam etdirilməsini, 45 faizi isə aksiyaların daha da aktivləşməsini istəyir. Eyni zamanda, rəyi soruşulanların 69 faizi pensiya islahatlarının əleyhinə olduqlarını bildirib. Respondentlərin yalnız 35 faizi nümayişlər və tətillərə son qoyulmaq vaxtının çatdığını deyib. Bu fikri ötən ilin aprelində keçirilən prezident seçkilərində Emmanuel Makrona səs verənlərin 77 faizi dəstəkləyib. Fransalıların 61 faizi isə pensiya islahatları ilə bağlı fikir ayrılığı fonunda ölkədə yaranan sosial böhrana görə prezidenti və hökuməti günahlandırır.
Ümumiyyətlə, özünü demokratiyanın “beşiyi” hesab edən Fransada hüquq-mühafizə orqanları etiraz aksiyasının iştirakçılarına görünməmiş dərəcədə zorakılıq törədiblər. Aksiyalar ölkənin bir çox böyük şəhərlərini əhatə edir. Pensiya islahatlarının əsas müddəalarını təsdiq edilməsindən sonra da bir sıra şəhərlərdə etirazçılarla polislər arasında toqquşmalar baş verib. Belə ki, Parisdə etirazçıların bəziləri meriya binasının qarşısına toplaşıb, yanğınlar törədiblər. Polis gözyaşardıcı qazdan istifadə edib. Renn şəhərində nümayişçilər polis məntəqəsinə hücum edərək, giriş qapısını yandırıblar. Nantın mərkəzində isə tramvay relslərində də yanğın törədilib, prefektura binası yaxınlığında etirazçılar polislə toqquşub. Tuluza, Dijon, Strasburq, Marsel və Lion şəhərlərində də nümayişlər keçirilir. Polis bu şəhərlərdə də gözyaşardıcı qazdan istifadə edir.
Qeyd edək ki, bir müddət öncə beynəlxalq təşkilatlar da bütün bunlara görə rəsmi Fransaya etiraz etmişdilər. Belə ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında bildirilirdi ki, Fransada ifadə və sərbəst toplaşma azadlıqlarının həyata keçirildiyi şərait narahatlıq doğurur. Onun sözlərinə görə, hakimiyyət ifadə və sərbəst toplaşma azadlığının həyata keçirilməsini, dinc nümayişçilərin və jurnalistlərin polis zorakılığından və zorakı fərdlərdən qorunmasını təmin etməlidir. Nümayişçilərə qarşı törədilmiş zorakılıq aktlarını diqqətə çatdıran komissar qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı bəhanə ilə güc tətbiq etməsinə haqq qazandırıla bilməz. Bəzi bəhanələrlə dinc nümayişçiləri sərbəst toplaşmaq hüququndan mərhum etmək olmaz. Komissar, həmçinin bəzi nümayişçilərin və nümayişlərin yaxınlığında olan insanların polis tərəfindən müvəqqəti saxlanılması və dindirilməsi kimi azadlıq və təhlükəsizlik hüququna xələl gətirən tədbirlərə əl atmasından narahatlığını qeyd edib.
Bir müddət öncə Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransada baş verən hadisələrə münasibət bildirmişdi. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın sualına cavabında qeyd etmişdi ki, Fransada prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik: “Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq. Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”.
Fransada nümayişçilərə qarşı polis zorakılığı bütün hədləri aşmaqdadır. Bir çox ekspertlər hesab edirlər ki, Avropanın mərkəzində insanlara qarşı bu cür davranış qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Fransada insan haqlarının pozulmasına reaksiya verməli, öz etiraz səsini ucaltmalıdır. Digər tərəfdən, bu hadisələr fonunda rəsmi Parisin başqa ölkələrə insan haqları dərsi keçməsinə mənəvi haqqı yoxdur. Fransa hakimiyyəti insan hüquq və azadlıqlarını bəhanə edib başqa ölkələrin daxili işlərinə qarışmamalıdır. Bu ölkə ilk növbədə öz daxilində insan haqlarına, demokratik dəyərlərə hörmət etməyi öyrənməlidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

