Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BVF 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib

BVF 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib

17.04.2026 [16:10]

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib.

AZƏRTAC xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur: “BVF-də səsvermə hüquqlarının əksəriyyətini təmsil edən üzv ölkələrin mövqeyi nəzərə alınaraq və müəyyən edilmiş təcrübəyə uyğun olaraq, İdarəedici direktor Kristalina Georgieva aprelin 16-da Venesuela hökuməti ilə əlaqələrin bərpasını elan edib. Əlaqələr Prezident komissarı Delsi Rodrigesin rəhbərliyi altında həyata keçiriləcək”.

Bəyanatda xatırladılır ki, Venesuela 1946-cı ilin dekabrından BVF-nin üzvüdür. Həmçinin qeyd olunur ki, ölkə ilə əlaqələr hökumətin tanınması ilə bağlı çətinliklər səbəbindən 2019-cu ilin mart ayında dayandırılmışdı.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31