Alimlər qlobal demoqrafik proseslərlə bağlı tədqiqat aparıblar
06.08.2026 [14:18]
Qlobal miqyasda əhalinin 2200-cü ilə qədər təxminən dörd milyarda endirilməsi təbii sərvətlərə təzyiqi azalda, iqlim dəyişikliyini yavaşlada və vəhşi təbiətin bərpası üçün şərait yarada bilər. Alimlərin bu qənaəti “Sustainable Development” jurnalında dərc olunmuş tədqiqatın nəticələrində yer alıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqat müəllifləri 1970-ci ildən 2020-ci ilə qədər qlobal məlumatları araşdırıblar. Onlar əhali artımını səkkiz ətraf mühit göstəricisi - karbon qazı tullantıları, enerji və şirin su istehlakı, mineral hasilatı, plastik istehsalı, pestisid istifadəsi, ekoloji iz, vəhşi təbiət populyasiyalarında dəyişikliklər ilə müqayisə ediblər. Qeyd olunub ki, cəmi yarım əsrdə əhalinin sayı bir neçə dəfə artıb. 1970-2020-ci illər arasında dünya əhalisi ikiqatdan çox, qlobal enerji istehlakı təxminən üçqat, mineral hasilatı dördqat və plastik istehsalı təxminən 13 dəfə artıb.
Alimlər qeyd ediblər ki, bu gün planetdəki hər bir insan üçün ildə təxminən yeddi ton mineral hasil olunur. Bu, bir neçə avtomobilin çəkisinə bərabərdir. Adambaşına təxminən 60 kiloqram plastik istehsal olunur, halbuki 1970-ci ildə isə bu rəqəm 10 kiloqramdan az idi. Karbon qazı tullantıları ilə bağlı vəziyyət fərqlidir. Belə ki, 50 il ərzində ümumi emissiyalar ikiqatdan çox artsa da, adambaşına düşən illik göstərici cüzi şəkildə, 3,87 tondan 4,09 tona qədər çoxalıb. Növbəti addım dünyanın demoqrafik trayektoriyasından asılı olacaq.
Tədqiqatçılar gələcəyin iki fərqli vizyonunu nəzərdən keçiriblər.
Ən əlverişli ssenaridə qlobal əhali 2100-cü ilə qədər 6,9 milyarda düşəcək və 2200-cü ilə qədər 4,1 milyarda yaxınlaşacaq. Modelə görə, illik CO₂ emissiyaları 32 milyarddan 16 milyard tona, plastik istehsalı 460 milyondan 54 milyon tona düşə bilər və təbii ekosistemlər tədricən bərpa olunmaq imkanına malik olacaq.
Əks ssenaridə qlobal əhalinin bu əsrin sonuna qədər 11,4 milyarda, 2200-cü ilə qədər isə 21,2 milyarda çatacağı proqnozlaşdırılır. 1970-ci ildən bəri müşahidə olunan tendensiya davam edərsə, illik plastik istehsalı 13 milyard tonu keçə, enerji istehlakı mövcud səviyyələrlə müqayisədə üç dəfə arta və vəhşi təbiət populyasiyaları kritik həddə yaxınlaşa bilər.
Lakin müəlliflər bu rəqəmləri dəqiq proqnozlar kimi təqdim etmirlər. Model tarixi tendensiyaları genişləndirir və gələcək texnoloji irəliləyişləri, siyasət qərarlarını və ya regional fərqləri tam şəkildə nəzərə ala bilmir. Bunun əvəzinə, müxtəlif demoqrafik seçimlərin nəticələrinin nə qədər kəskin şəkildə dəyişə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.
Tədqiqat məcburi doğum məhdudiyyətlərini müdafiə etmir. Tədqiqatçılar kontrasepsiya və reproduktiv səhiyyəyə daha geniş çıxış, qızlar üçün təhsil və qadınların ailələrinin ölçüsünü təyin etmək qabiliyyətinə əsaslanan könüllü yanaşma təklif edirlər. Məqalədə istinad edilən məlumatlara görə, dünyada 200 milyondan çox qadın hələ də ehtiyac duyduqları ailə planlaşdırma xidmətlərinə çıxış imkanından məhrumdur.
Müəlliflər vurğulayırlar ki, ən varlı ölkələr hədsiz dərəcədə çox resurs tükədir: yüksək gəlirli ölkələr orta hesabla aşağı gəlirli ölkələrə nisbətən adambaşına 13 dəfə çox enerji istehlak edir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45

